Rus dilindəki духота sözünün qarşılığı kimi işlənən bu kəlmə bürümək (bəlkə də boğmaq) sözü ilə bağlıdır. Ağır hava adamı bürüyür (boğur) və nəfəs almağı çətinləşdirir. Anadolu türklərində bürkü əvəzinə boğucu, sıcaqlıq ifadəsi işlədilir. Deməli, sözün boğmaq məsdəri ilə əlaqəsi şübhə törətməməlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Yığmaq” mənasında işlədilən burmaq feili lə bağlıdır. r-z əvəzlənməsi nəticəsində bürüşməkdən büzüşmək də törəyib. –ış (-ş) şəkilçisi qayıdış növü də düzəldir (müqayisə et: qız və qızışmaq). Büzüşmək məhz qayıdış növdə olan feildir. Qırış, qıvrım, birçək sözləri də tarixi baxımdan burmaq feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bütrü (целиком), bütün (целый) kimi sözlər verilib. Dialektlərdə bütrəm sözü də mövcuddur. Deməli, büt sözü “tamlıq” anlayışı bildirən bir kəlmə olub. Bitik sözü “tamamlanmış əsər” mənasında işlədilib. “İcraçı” mənasında bitirici sözü olub (indi də işlədilir). Görünür, bitkin sözü ilə bütöv, bütün ... eyni kökdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlk komponenti fars dilindən alınmadır və cadugər sözünün köküdür. Piti isə türk mənşəlidir. Qədim mənbələrdə “müqəddəs yazı, mətn” mənalarında (bitik formasında) qeydə alınıb. Bitik daş ifadəsi rus dilində “камень с надписыю” kimi tərcümə olunub. M.Kaşğarinin “Lüğət”ində biti sözü var və mənbələrdə ruscaya “кисть для письма” şəklində tərcümə olunub. Cadu-piti kəlməsi bütövlükdə “sehrbazlıq yazısı” kimi anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, araba laydırının alt və üst hissələrini (qollarını) birləşdirən taxtalardan ibarətdir. Təkərin topu ilə qasnağını (el arasında qəsək kimi də işlədilir) birləşdirən dişlər də (спица) cağ adlanır. Görünür, bağ (bağlayan, birləşdirən) sözünün təhrifindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti