Ərəb dilində olan bu sözün türk dilində qarşılığının biri də yala kəlməsi olub (yalan sözü də buradandır). Tatar dilində yalaqay (yalaxay) “подхалим” anlamını əks etdirir, yəni yaltaq sözü ilə sinonimdir, bizdə onun yerinə yoğaq işlədilib (yox sözü ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, “üstü örtülü” (bükülü) mənasını əks etdirir, bükmək, bürümək feili ilə bağlıdır. Puçur sözü də mənbələrdə belə izah olunur, büri, bür, buruq kimi yazılıb (mənbələrdə bükük şəklində də verilib). Qırışmaq kəlməsinin yerinə burqar yazılıb. Bütün paxlalı bitkilər burcaq adlanıb. Anatomiya alimləri deyirlər ki, böyrək xüsusi kapsul ilə örtülüdür. Xalq arasında “yağ içində böyrək kimi saxlamışam” cümləsi var. Böyrəyi örtən pərdə həm də piyli olur. Tuva dilində bu söz bükülü formasında işlədilir. Deməli, bükmək feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBağırmaq kəlməsi ilə qohumdur və təqlidi yolla yaranıb. Əsli böy +ğür –mək kimi olub, bu əlamət bağırmaq sözündə özünü daha çox büruzə verir. Hətta buğra, buğa sözləri də yuxarıdakılarla qohumdur (böyürmək buğa üçün əsas əlamətlərdən hesab olunur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏdəbiyyatda, hətta məktəb dərsliklərində bu kəlmə “böyük tikanlı” şəklində açıqlanır. Türk dillərinin çoxunda həmin söz börleqen, bögürtlen (Anadolu türklərində, hətta bögürtən) kimi işlədilir və tikan kəlməsi ilə heç bir əlaqəsi yoxdur. Mənbələrdə buna ayıtuti kimi rast gəlmişəm: “ayı tutan” deməkdir. Börleqen isə canavar (böri) sözü ilə bağlıdır. Böyürtkən bədənə elə yapışır ki, onun kolluğuna girən ayı, qurd belə canını qurtara bilmir, böyürür, əzab çəkir. Deməli, söz böyürtmək kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBud (“çıxıntı” mənasında) sözündən -a şəkilçisi vasitəsi ilə düzəlmiş feildir. Budaq sözü ilə qohumdur. Buda-maq “budağı kəsmək” deməkdir. “Bud” ayaqların ayrıldığı yerdir. “Budaq” ağacdan ayrılan hissədir. Bud, budamaq, budaq sözlərinin kökü eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Buxarlanmaq” mənasını əks etdirən bu feili mövcud olub. Ba (bağla) feilindən bağ ismi əmələ gəldiyi kimi, həmin qəlib üzrə də bu feilindən buğ ismi törəyib. Ehtimal etmək olar ki, buxarı, buxar sözləri də bu feili ilə bağlıdır, sonra başqa dillərə də keçib. Buxarının qədim mənası “buğ deşiyi” (buğun çıxması üçün olan baca) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti