“Koroğlu”da oxuyuruq: “Qıratı minməsəm, dağlar sökülməz. Bəzməndin çəkməsəm, sağrı örtülməz”. Sözün əsli almancadır və позумент şəklində ruslarda da işlədilir. Mənası belə açıqlanır: “тесьма, обычно шитая золотом или серебром”. Bəzmənd həmin sözün təhrifidir və atın çulunu bərkitmək üçün olan baftadan ibarətdir. Farsca “nəvare məmile duzi” deyirlər. Duzi sözü duxtən, yəni tikmək məsdəri ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir forması da dodaq saqqalı olub. Bığ və buyuğ sözləri eyni mənada, həm də paralel şəkildə işlədilib. Zənn edirəm ki, burmaq feili ilə qohumdur (“bığıburma” deyirik). Saqqalı sığallayırlar, bığı isə bururlar. Görünür, saqqal və sığal kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKəsmə alətidir və dişli olur. Biçmək (kəsmək, biçaq) sözündən əmələ gəlib. Müxtəlif növləri var: xırxı (2 adam işlədir), əl bıçqısı və s. İndi ən çox mişar sözündən istifadə edirik, amma bu, alınma sözdür, ərəbcədir. Sözün tarixi kökü bidir. Ona ç artırmaqla biçmək feili, z artırmaqla biz (шило) ismi əmələ gətirilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki yozumu var:
1. El arasında vaxtından tez bala verən heyvan haqqında “bicəyinə doğub” deyirlər. Mənbələrdə bu sözü bic kəlməsi ilə bağlayırlar.
2. Bicək (bijək), bicənək sözlərinin “hiyləgər” mənası da qeydə alınıb. Deməli, bicəyinə doğan heyvan sahibinə hiylə gəlib, zəruri vaxt anlamına əməl etməyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏn qədim kökü (etimon) bi feilidir və “kəsmək” mənasında işlədilib. –ç (biç), -z (biz), -aq (biçaq), -qı (bıçqı) şəkilçiləri ilə həmin sözdən müxtəlif kəlmələr düzəlib. Müasir dilimizdə bi kökü müstəqil işlədilmir. Bəzi türk dillərində “şilo” mənasında biğiz işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti