Belə bir fikir geniş yayılıb ki, guya –arı2 şəkilçisi tarixən yönlük halı əks etdirib. Əslində, həmin şəkilçi yer sözünün ixtisarından başqa bir şey deyil: bura –“bu yer”, ora – “o yer”, bəri –yenə də “bu yer”, yuxarı –“yüksək yer”, aşağı (bu, aşarı olub, sonra dəyişib) –“alt yer” deməkdir. Deməli, bəri sözü tarixən mürəkkəb olub, indi sadələşib, kök və şəkilçiyə ayrılmır, bu yer ifadəsinin zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQərb dialektlərində “yara bərtik olub” tipli cümlələr işlədilir. Mənbələrdə bər (ber) feili var və “повредиться” anlamını əks etdirir. Bərtik həmin feil əsasında yaranıb, “korlama”, “çiban”, “şiş” və s. mənalarda işlədilib. Bərtik özü də ad –feil omonimdir. Anadolu türklərində onun bərtikmək (воспаляться) forması qeydə alınıb. Sür və sürt qəlibi üzrə də bər və bərt kəlmələri yaranıb. –ik şəkilçisi sürtük sözündəki ilə eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bes sözü var, “откромление” mənasında açıqlanıb. Bəsi sözü də olub və “yedirtmək” mənasında işlədilib. Bəsləmək də elə “кормить” deməkdir. Ərsəyə (əsli: əsrəyə) gətirmək ifadəsi ilə “qidalandırmaq, böyütmək” deməkdir. Bəs əsrə sözləri aş sözünün dəyişmiş formalarıdır: aşlamaq kəlməsi əsrəmək, bəsləmək şəklinə düşüb. Bəsləmək, əsrəmək kəlmələri həm də “tərbiyələndirmək” demək olub, çünki qədimdə tərbiyə və qidalandırma eyni cür başa düşülüb. Başqa dillərdə də belədir: ərəbcə tərbiyə, rusca воспитание sözləri “qidalandırma” deməkdir (fikir verin: вос –пит –ание, buradakı пит hissəsi аппетит, пить sözləri ilə qohumdur). Deməli, bəsləmək tarixən “yedirtmək, tərbiyələndirmək” anlamını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti