Bu, parçanın boz (ağ) rəngdə olan formasıdır. Bəyaz gecələr ifadəsindəki bəyaz sözü ilə eyni kökə malikdir. Бязь formasında rus dilində də işlədilir. Guya əsli ərəb dilinə mənsubdur, amma mən belə hesab edirəm ki, boz sözü bizdən ərəblərə keçib və bir qədər dəyişərək bəyaz şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bezmək və bezikmək feilləri var. Bezikmək sözü gecikmək qəlibi üzrə yaranıb. Deməli, addan düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “əsmək”, “titrəmək” mənasını əks etdirən bez feili var. Bezik sözü “сильно дрожать” kimi açıqlanıb. Малярия kəlməsinin mənasını bezgək sözü ilə ifadə olunub. Deməli, bezikmək sözü indi “boğaza yığılmaq” anlamını əks etdirsə də, tarixən “əsnəmək, titrəmək” anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilində беби sözü var və “uşaq” mənasında işlədilir. İngilislərdə bu söz baby formasında eyni mənada işlədilir. Bizdə isə bəbə deyirlər. M.Fasmer həmin kəlməni ingilis mənşəli hesab edir. Anadolu türklərində bəbək kimi işlədilir. Məncə, söz türk mənşəlidir və bala kəlməsinin (və ya bəbək sözünün) dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, bizdə onun yerinə ət sözü işlədilib (ətuz forması da mövcud olub). Belə bir cümlə də var: yağın boldı ersə, etuz cangüdaz (düşmənin varsa, bədənini və canını qoru). Sonra bədən kəlməsi ət sözünü sıxışdırıb və ikinci kəlmə “мясо” mənasında (yəni yeni mənada) yaşamaq hüququ qazanıb. İçuk (kiçik vəhşi heyvanların dərisi), ətik (belə dəridən ev içində geymək üçün hazırlanmış yumşaq ayaqqabı) sözləri də ət kəlməsi ilə qohum olub. Türk dillərində bədən əvəzinə gödən (gövdə) sözü də işlədilmişdir, görünür, bədənin təhrifi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti