Təxminən, 20 kq (50 funt) ağırlıq vahididir. Güman edilir ki, man hissəsi azman sözündəki ilə eynidir. M.Kaşğaridə bu söz 180-300 kq çəki vahidi kimi qeydə alınıb. Görünür, batmaq feili ilə bağlıdır, “ağırlıq” mənasını əks etdirib (ağır şeylər tez batır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün etimonu (etimoloji kökü) rusca “недавно” mənasını verən baya zərfidir. Həmin kökdən bayağı (müasir dildə: bayaqkı) sifəti əmələ gəlmiş (mənası: “yuxarıda göstərilən, qeyd olunan” deməkdir), sonra sonuncu sait düşmüş, kəlmə bayaq formasını kəsb etmişdir. Yenidən sözə sifət düzəldən (müqayisə et: indi+ki) –kı şəkilçisi əlavə olunmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir neçə yozumu var:
1. Bayat tayfasının adı ilə bağlıdır (“Göyçə gözəlləməsi” yer adı ilə bağlı olduğu kimi, bayatı da tayfa adı ilə əlaqədar ola bilər).
2. İ.Abbasov “Ulu nəğməmizin adı” (“Ədəbiyyat qəzeti”, 7.XI.92) adlı məqaləsində göstərir ki, bayatı sözü ayıtmaq feili zəminində yaranıb. Uşaqları yatırtmaq üçün işlədilən bay-bay kəlməsi də məhz “nəğmə” anlamını verir. Boy boylamaq ifadəsində də boy “söz” anlamı ilə bağlıdır. Bayatı sözü həm forma, həm də mənaca dəyişmiş variantda başqa dillərdə də işlədilir: bayatı ukraynalılarda “danışmaq”, bayiti çexlərdə yenə də “danışmaq” anlamını əks etdirir. Rusların bayu sözü də elə “danışmaq”la bağlıdır. Bunlar ayıtmaq feili ilə bağlı kəlmələrdir. Bayatı-Kürd, Bayatı-Qacar ifadələrində bayatının oxunmasındakı variantlara işarə edilir. İkinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzlərinə görə Abuyezid sözünün təhrifidir (“yezidin atası” deməkdir). Bayandur bəy (bəyliyə layiq) sözü ilə qohumdur. Bəziləri isə belə hesab edirlər ki, mənası “üstün” deməkdir: “Bəyaz igid”, “Bəyzadə” kimi yozanlar var. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGödək və əyri dimdiyi, uzun caynaqları olan ov quşudur. Mənbələrdə piğu, bəyğu, bayğu formalarında yazılıb. Hərfi mənası “bəy quşu” deməkdir. Farslarda şahin adlanan quşların ümumi adı bizdə bəyquşu olub. Şahin “şaha layiq quş” demək olduğu kimi, bayqu da “bəyə layiq quş” anlamını əks etdirib. Sinonim sözlərdir, lakin alınma söz öz sözümüzü sıxışdıra bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli, “vayquş” (vayıltı salan quş) deməkdir. Xarabalıqlarda xoşagəlməz bir səslə (vayıltı ilə) oxuyur. Bəzən bayqu sözünü də bayquş kəlməsi ilə eyniləşdirirlər (“İzahlı lüğət” məhz belə verib), doğru deyil. Qədimdə bir adı da qoburğa kimi olub. Bu (qoburğa), onun çıxardığı səslə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman edirəm ki, sözün kökü “bolluq, məhsul” anlamını əks etdirən bay kəlməsindən ibarətdir. Ur sözü də mövcud olub, “toplamaq, yığmaq” mənasında işlədilib. Görünür, sözün əsli bayur (məhsul yığımı) kimi olub. Ur (or) “biçmək” deməkdir, “məhsulu biçmək” mənası da məqbul sayıla bilər. Başqa mülahizəyə görə, bayram və bayraq eyni kökdən əmələ gəlib, “yüksəklik, ucalıq” anlamları ilə bağlıdır. Törəmə kök bayra hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇiyinlə dirsək arasındakı sümük bazu sümüyü adlanır (bazubənd də buradandır). Alınma sözdür. Bizdə onun yerinə qar işlədilib. Dirsəklə əl arasında olan sümük isə qarı adlanıb. Qarmala, qarış, qaramatla sözləri əllə bağlı işlədilir və qar, qarı kəlmələri zəminində yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti