“Süfrənin başına yığılın” deyirik, amma süfrədə baş olmur. Buradakı baş kəlməsi daş (dış) sözünün təhrif formasıdır, “kənar” (ətraf) deməkdir. “Başına (dışına) dolanım” cümləsindəki baş da belədir. Deməli, tarixən dış kimi olmuş söz sonradan təhrif edilərək baş formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSünbülə həm də başaq (baş deyilən vaxtlar da olub) deyirik. Oxun ucluğu da başaq adlanıb. Oraq sözünün sinonimi baştar kəlməsi olub. Başlı (yaralı), baş (yara) sözləri də tarixən indiki mənada işlədilməyib. Deməli, baş sözü həm də “kəsmək, kəsən, kəsilmiş” anlamlarını əks etdirib. Sünbül taxılın biçilən (kəsilən) yeri olduğu üçün başaq adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki nəfərin bir çarpayıda başları bir –birinin əksinə qoyulmuş halda uzanması başayaq uzanma adlanır. Hər ikisinin başı bir istiqamətdə olduqda tarixən ayaqdaş sözündən istifadə olunub. Deməli, buradakı başayaq kəlməsinin “kəllə -paça” (xaş) anlamı ilə heç bir əlaqəsi yoxdur, söhbət başla ayağın istiqamətindən gedir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQoşma (və sifət) dışqa şəklində olub, daş (dış) sözü ilə bağlıdır, “kənar” anlamını əks etdirir. Bizdəki ondan başqa sözü tatar dilində annan tış kimi işlədilir. Maraqlıdır ki, rus dilindəki “другой” sözünün mənasına uyğun gəlir və həmin sözlə də tərcümə edilir. Ruslardakı без predloqu da (hind sözüdür) “kənar” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Ayaqqabı” mənasını verən bu söz, ehtimal ki, basmaq feili zəminində əmələ gəlib. İkinci fərziyyəyə görə, başmaq sözü “dəri” mənasını da əks etdirir. Həmin dəridən hazırlanan ayaqqabıya “başmaq” deyilib. Xan Çoban Saraya həsr etdiyi şeirində deyir: Sağrı başmaq suda üzər, / Apardı sellər Saramı... Birinci misradakı sağrı sözü də “dəri” anlamında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTuva dilində затонуть sözünün mənası belə verilib: “suda batmaq”. Güman ki, batmaq və barmaq (varmaq, getmək) sözləri kökdaş olub. Batmaq –“aşağı getmək, dərinliyə, yerə girmək, yoxa çıxmaq” anlamlarını əks etdirir. Batmaq və palçıq sözləri qohum deyil. “Harda itib –batmışsan?” deyirik. Burada it və bat sözləri sinonimlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti