Türk dillərində bacı sözünün mənası qız qardaş birləşməsi ilə ifadə olunub. Bacı kəlməsi cici sözünün təhrifindən əmələ gəlib və onun sinoniminə çevrilib (cici–bacı sözü indi çox işlədilir). Deməli, bacı və cici əvvəl eyni mənada işlədilib, sonra “bacı” mənasını dəyişərək, indiki anlamda işlənməyə başlamışdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİndiki bağlamaq feili yerinə ba işlətmişik. Sözün kökü həmin ba- dan ibarətdir. Ba feilindən bağ ismi, ondan isə bağla feili əmələ gəlib və -q şəkilçisi feili ismə çevirib. Deməli, sözün əsli bağlaq (bağ-la-q) kimi olub. “Badalaq” sözü ilə qohumdur. Sınan şeyləri bərkitmək üçün ustalar ona “badaq” (bağlaq) vururlar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb və ya fars mənşəlidir, “pomidor” mənasını verən kəlmə olub. İndi məna dəyişib. Bizdə mor sözü ilə bağlı olub, mor rəng bildirib və moruq sözü də buradandır. Mor badımcan indiki “badımcan” mənasında morsuz badımcan isə “pomidor” mənasında işlədilib. Баклажан formasında rus dilinə də keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcə “bədəvi” deməkdir. Görünür, bədəvilərin işlətdikləri qab olub (bədəvilərə aid qab). Bizə fars dilindən keçib. Dialektlərdə bayda şəklində də işlədilir (ona görə də rus dilindəki байдарка “bay”la başlayır). Ehtimal ki, badə sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Cад” mənasında işlədilən bu söz bağlamaq kəlməsinin kökü ilə qohumdur. Bağın ətrafını bağlayırlar ki, mal-qara girməsin (müqayisə et: огород və огородить). Bağat, elat sözlərindəki –at şəkilçisi ərəbcədir. Həmin sözlər bizdən onlara keçib və şəkilçi ilə birlikdə yenidən bizə qayıdıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “bükülən”, “bürüşən” anlamında açıqlanıb. Doğrudan da, qurbağa (əsli: qodurbağa) və tısbağa (əsli: tasbağa) üstü örtülü heyvanlardır, ayaqları görünmür. Bağa sözü bağlamaq feilinin ən qədim kökü olan ba sözü əsasında əmələ gəlmişdir və “üstüörtülü” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQıçların hövsələ sümüyünə (burada hövsələ sözü “çanaq, içi oyuq” mənasını verir), yəni çanaqlığa birləşdiyi yerə bağanaq deyirik (çanaq sümüyü çanağa oxşar olduğu üçün belə adlanıb). Bəzi mənbələrdə (və bir sıra müasir türk dillərində) bağanaq əvəzinə, bağçanaq (bağançanaq) verilib. Deməli, buradakı –anaq şəkilçisi döyənək, dəyənək, boğanaq sözlərindəkinin eyni deyil (alimlər yazırlar ki, tozanaq sözü toz feilindən düzəlib, amma bizdə toz feili yoxdur, toz-a-maq və toz-u-maq feilləri var), çanaq kəlməsinin təhrifi nəticəsində yaranmış formadır. M.Kaşğarinin “Divan”ında bağayaq sözü də verilib, heyvanın dırnaqları arasındakı yarığa deyiblər. Güman etmək olar ki, bağanaq kəlməsi elə həmin bağayaq sözünün dəyişmiş formasıdır. Buna yaxın olan badaq sözü də var, “скоба” (“qurbağa” da deyirlər) mənasında işlədilir. Söz belə yaranıb: ba feili üzərinə -ğ şəkilçisi artırmaqla isim yaradılıb, onun üzərinə -laq şəkilçisi artırılıb və bağlaq ismi əmələ gəlib. Sonra həmin söz bağdaq (müqayisə et: al-la-t və al-da-t) formasını kəsb edib. Deməli, tarixən şəkilçi –daq deyil, -laq olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti