M.Fasmer yazır ki, bu söz ya fars, ya da ərəb mənşəlidir. Sözün mənşəyini od kəlməsi ilə bağlayanlar da var. Mən sonuncuların tərəfində durub belə hesab edirəm ki, söz türk mənşəlidir, mənası “od diyarı” deməkdir. Belə hesab edənlər də var ki, Azərbaycan sözü tayfa adı ilə bağlıdır. Onların fikrincə, Xəzər tayfasının adı ilə Azərbaycan sözü arasında qohumluq var, sözün mənası “Xəzər tayfasına məxsus ərlər, igidlər” deməkdir. Burada bir şey inandırıcı deyil: həmin alimlərə görə, kənd sözü məkan bildirir. Əslində, kənd türk sözü deyil, soğdi dilinə mənsubdur, soğdilər isə irandilli əhali olmuşlar (onlarda kənd sözü “şəhər” anlamını verir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir ehtimala görə, burada azı hissəsi əzmək sözü ilə bağlıdır. Anadolu türkləri buna “üyüdücü diş” deyirlər.Yemi əzən əsas dişlər azı dişdir. İkinci ehtimala görə, azı kəlməsi azuqə (yem), aş kəlmələri ilə bağlıdır. Mənbələrdə söz azıq kimi verilib və əzmək, həm də aş sözü ilə bağlı izah olunub. Anadolu türklərində sözün üyüdücü kimi işlədilməsi göstərir ki, birinci ehtimal daha ağlabatandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə “səhv etmək” mənasını verən yazmaq (azca səhv edən adam haqqında deyirlər: “qıl yazdı, yəni səhv qılın diametri qədər kiçik oldu”) feili olub. Azmaq sözü də onun ilk samitini itirmiş formasıdır. Yolunu azmaq məhz “səhv edərək başqa yolla getmək” deməkdir. Toyuq fallığını itirəndə “yazıxıb” deyirlər, yəni çaşıb, səhv edib. Kənddə pis pişiklərin gözünü bağlayıb uzaq yerə aparır və orda buraxırlar. Buna pişiyi azdırmaq deyilir. Tarixi baxımdan yazıq sözü də bununla bağlıdır, “səhv edən” deməkdir. İndi məna xeyli dəyişib, söz “fağır” anlamında işlədilir. Ağlı azıb birləşməsində azmaq “itmək”, “yoxa çıxmaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz “aşıb-daşan, normaya sığmayan” mənalarında işlədilir. Bir mənası da “yaşlı, nəhəng heyvan” deməkdir (6 yaşlı keçiyə “azman” deyirik). Sözün kökü, əslində, aşmaq məsdəri ilə bağlıdır. Aşmaq isə daş (dışarı) kəlməsinin formaca dəyişməsi zəminində yaranıb. Daş (dış) – “kənar, kənara çıxmaq, xaric” (için əksi) deməkdir. Deməli, azman (əsli: aşman, daşman, dışman) – “normadan çox kənara çıxmaq”la bağlıdır ( -man şəkilçisi həmişə çoxluq bildirir: qocaman, ataman və s.). Bir yozuma görə, azğın sözü ilə qohumdur, “aşıb-daşan” (azğın olan) anlamında işlədilib, indi məna xeyli dəyişib. Başqa bir yozum: sözün kökü as (az, ys, yz) hissəsidir, “ağıl” deməkdir. Azman- “ağıllı” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Yemək şeylərinə azıq demişik. Azmaq feili olub və “çeynəmək” anlamında işlədilib. Azuqə həmin feildən əmələ gəlib və özümüzün doğma sözümüzdür, (azı diş ifadəsi də buradandır, “əzən dişlər” deməkdir).
2. Bu sözü alimlərimiz alınma hesab edirlər. Əslində, azuqə kəlməsi aş sözü zəminində yaranıb və bizim dilimizdən başqa dillərə keçərək forma dəyişmələrinə məruz qalıb. Mənbələrdə aşla (yemək), aşlıq (mətbəx), aş (голодать) kimi sözlərə çox təsadüf olunur. Tatar dilində azıq (съестные припасы), azımaq (жевать) sözləri var. Azı diş birləşməsindəki azı sözü də “aş”la (əzmək, çeynəmək, yemək) bağlıdır. Deməli, azuqə və aş (bu, qədim zamanlarda plov yox, ümumiyyətlə, “yemək” mənasını əks etdirib; aşpaz, aşxana, nə tökərsən aşına... kimi söz və ifadələr də bunu sübut edir) eyni kökə malik olan sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBabil sözünün mənası “dillərin dəyişməsi” deməkdir. Rəvayətə görə, Babil şahı Nəmrud (Kənanın oğlu olub) Nuh tufanından sonra burada qüllə tikdirir, bu əməl Allahın xoşuna gəlmir və inşaatçıların hərəsinə bir dil verir ki, onlar bir-birlərini başa düməsinlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiM.Fasmerin yazdığına görə, baca türk dillərində “böyük bacının əri” deməkdir, -naq isə kiçiltmə şəkilçisidir: böyük bacının əri kiçik baldızının ərini belə adlandırıb, ona görə də burada kiçiltmə mənası var. Azərbaycan alimi Ə.Dəmirçizadə isə -anaq hissəsini qohumluq əlaqəsi bildirən söz kimi şərh edib. Hər iki halda (həmin alimlərin fikrinə görə) sözün kökü bacı kəlməsi ilə bağlıdır, amma nə Fasmerin (-naq kiçiltmə şəkilçisidir), nə də Dəmirçizadənin (-naq qohumluq bildirir) fikrini təsdiq edən əlavə dəlil tapmaq mənə nəsib olmadı. Bircə orası aydındır ki, -anaq2 şəkilçisi feilə qoşulur (boğanaq, döyənək), adlara artırılmır (tozanaq –toz –a –maq, tozumaq feilindən əmələ gəlib, boğanaq isə ayrıca izah olunacaq). Bu sözün sinonimi kimi adaşböşük kəlməsi də işlədilib, mənası “kəbin üzrə dost” deməkdir (böşük türk sözü deyil, İran dillərindən keçmədir, “kəbin üzrə kişi qohumları” deməkdir). Bacanaq sözü heç də bütün türk dillərində “bacıların əri” anlamında işlədilmir. Məsələn: uyğur dilində qadın öz ərinin, kişi öz arvadının qardaşına bacanaq deyir. Bacının ərinə, kəbin qohumlarına, ata nənəsinə və digər şəxslərə də bacanaq deyənlər var. Deməli, bacanaq kəlməsini bacı məfhumu ilə məhdudlaşdırmaq doğru ola bilməz. Güman edirəm ki, sözün əsli bağanaq (əlaqə, bağlılıq, qohumluq) kimi olub və sonradan təhrif nəticəsində bacanaq şəklinə düşüb. Uyğur, qırğız, tatar dillərində (xüsusən də dialektlərdə) sözün bağanaq forması indi də özünü göstərir. Kəlmə bağ (isim), bağ -a (feil), bağ -a -naq (isim) ardıcıllığı üzrə əmələ gəlmişdir. Məsələ açıq qalır. V.Radlovun əsərində şəkiçiləşmiş inaq sözü “dostlaşmaq” mənasında qeydə alınıb. Ola bilsin ki, ina-m, ina-n kimi sözlər inaq (inak) kəlməsi ilə qohumdur. M.Kaşğaridə bacanaq yerinə, öz kişi (özümüzünkü) işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti