Paltonun astarı deyirik. Astar xalis türk sözüdür və alt, alçaq, aşağı sözləri ilə eyni kökə malikdir. Mənbələrdə alt sözünün ast variantı da var. –ar şəkilçisi, ehtimal ki, yer sözünün zəminində əmələ gəlib. Astar kəlməsi əvvəlcə astyer (alt yer, alt tərəf) şəklində olub, sonra fonetik dəyişmələrə uğrayıb. Yer sözünün şəkilçiləşməsinə aid faktlar çoxdur: məsələn, bura buyer, ora o yer sözlərindən törəyib. Mənbələrdə “внизу” mənasını verən asra sözü mövcuddur. Müasir elmi ədəbiyyatda bəzi alimlər astar sözünü fars mənşəli hesab edirlər. Doğrudur, bu kəlmə fars dilində var, amma onlara bizdən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBütün xörəklərin ümumi adı aş olub. İndi məna daralıb, söz, əsasən, “plov” mənasında işlədilir. Amma aşpaz, qatıqaşı, aşxana, ayranaşı kimi sözlərdə qədim məna qalmaqdadır (qatıqaşı heç də “plov”demək deyil. Aşpaz heç də təkcə plov bişirməklə məhdudlaşmır və s.) Nə tökərsən aşına... deyimi də aş sözünün qədim mənası ilə bağlıdır. Müasir tatar dilində aş sözü qədim mənasını saxlaya bilib: aşamlıq (пища), aşarqa (кушать), aşatırqa (кормить), aşqazanı (mədə, qursaq), tamır azıq (kökü yeyilən, kökü meyvəli), aşyaylıq (süfrə) kimi kəlmələr bunu sübut edir. Türk dillərinin bəzilərində qazan əvəzinə aşac işlədilir. Aş sözü rus dilinə də keçib, onlarda ашать məsdəri var, “кушать” deməkdir. Türkmənlər yazırlar: “Aş iyilən (yeyilən) naxorların (xörəklərin) ümumi adıdır”. Qabaq bizdə də bu mənada işlədilib. Biliyi, dərini aşılamaq birləşməsindəki aşıla sözü də yedirtmək anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlçaq, alt kəlmələri ilə kökdaşdır. Paltarın, dağın ətəyi birləşməsindəki ətək sözü də aşağı sözü ilə kökdaşdır. Dağdan aşmaq birləşməsindəki aşmaq sözü aşağı enmək deməkdir, zirvədən enmək mənasını əks etdirir. Astar sözü də aşağı, alt kəlmələri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDal ayağın incik sümüyü ilə bud sümüyünü birləşdirən sümükdür, ondan oyun üçün istifadə olunur. Mənası “oynaq, hərəkət edən” deməkdir. M.Kaşğaridə arpasıs at aşımas (arpasız at qaçmaz) cümləsi var. Burada aşımaq “hərəkət etmək” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu sözü, bir qayda olaraq, ərəb mənşəli aşiq kəlməsi ilə bağlayırlar. Tarixdə ən böyük sevən, yəni aşiq Füzuli olub, amma ona “aşıq” deməyiblər. Bədəndəki oynaqların hamısı aşıq adlanır (heyvanın dal dizlərindəki sümüklərindən isə aşıq-aşıq oyununda istifadə edilir). Aşıq hərəkət anlayışı ilə bağlıdır, ona görə də oynaqlar “aşıq” adlanır. Saz-söz sənətkarı da ömrü boyu hərəkətdə olur: Ələsgər onu “diyar-diyar gəzən” adlandırıb. “Dədə Qorqud”da isə deyilir: “Qolça qopuz götürüb eldən-elə, bəgdən bəgə ozan gəzər”. Ozan və gəzən eyni kökə malik ola bilməzmi? Varsaq məhz varmaq (getmək, gəzmək) sözü ilə qohum deyilmi? Hər gəzən aşıq olmur, aşıq-“ağıllı və gəzən” deməkdir (ozan sözündə həm də “ağıl” mənasının olmasına məndə qətiyyən şübhə yoxdur). Türk dillərində uz (us) “ağıllı”, “yaxşı” demək olub, usta sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilindəki qelistrop çiçəyinin türk dillərindəki adıdır. “Rusca-azərbaycanca lüğət” гелистроп sözünü kalka yolu ilə günçiçəyi kimi verib. Bu çiçək günəbaxan kimi boynunu həmişə günə tərəf əyir, yunanca ona “qelis ( günəş) trop (əyilən)” deyirlər. Çiçək günəbaxan kimi, həmişə günəşin ardınca meyillənir. Ona görə də ona aşıqotu (aşıq – “hərəkət edən”) deyilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti