1. Pendir növüdür, hərfi mənası “alt-üst etmək”, “qarışdırmaq”, “yoğurmaq” deməkdir, mənbələrdə ruscaya “перевалить” kimi tərcümə olunur. Belə hazırlanır: isidilmiş (lakin çiy) südə maya vurulur, qabı isti parçaya bükürlər, su üzə çıxanda süzür, bərk qarışdırır və sonra motala basırlar. Türkmən dilində qarışdırmaq sözünün sinonimi kimi aqmak feili işlədilir. Aqdarmaq onun təsirli variantıdır. Axtarma pendirlə soğ südünün qarışdırılması anlamını əks etdirə bilər.
2. Bəzi rayonlarda (məsələn, Füzuli rayonunda) üzlü pendiri belə adlandırırlar. Borçalı dərəsində hər cür üzlü pendirə yox, motalda saxlanılan və üstünə soğ südü tökülmüş pendirə axtarma deyirlər (soğ südü – qoyun soğulma ərəfəsində sağılan ən yağlı süddür). Belə pendiri əziz qonaqlar üçün başqa motalların arasında gizlədir, sonra tapıb seçmək üçün axtarış aparırlarmış. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArs sözümüz olub və “güclü” mənasında işlənib. Arslan da həmin söz əsasında yaranıb. Arsaq türk tayfalarında birinin adıdır və güclülər, “igidlər” anlamında işlədilib. Ermənilərin zorla öz adlarına çıxarmaq istədikləri arsaq qədim türk sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArsıl ayı (arsayı) variantı da mövcud olub. Alimlər arslan sözünü “güclü ilan” kimi şərh edirlər (canavara “qurd” deyilən yerdə, əlbəttə, şirə də “ilan” demək mümkündür): düşmən üzərinə ilan kimi qıvrıla-qıvrıla (sürünə-sürünə) hücuma keçir (sinonimi şirdir və fars mənşəlidir). Sözün qədim tərkibində ayı kəlməsinin də işlədilməsinə əsasən, arslanın “çevik ayı”, “qoçaq ayı” kimi yozulması da mümkün hesab edilə bilər. Digər yozum isə belədir: Tuva dilində (Altay dillərində də belədir) an sözü “heyvan” (ən çox maral) kimi şərh olunur. Ar sözünü türkoloqlar rənglə bağlayırlar: açıq-şabalıdı; sıl hissəsi sifət düzəldib (müqayisə et: yox və yox-sul). Deməli, ikinci yozuma görə, arslan “açıq şabalıdı rəngdə olan heyvan” kimi anlaşıla bilər. Başqa yozum da var: arıs “günah” deməkdir, lan isə çin dilində “vəhşi” mənasını verir. Rus dilindəki Ruslan sözü də arslan kəlməsinin dəyişmiş formasıdır. Qərb dialektlərində isə arsala sözü işlədilir (bud, bud əti, bud sümüyü). Görəsən, arslan sözü ilə arsala arasında əlaqə olmazmı? Arıs və arsala (güclü və bərk, dözümlü, sümük) semantik baxımdan oxşardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir mənası rusca “лучший” deməkdir. “Sən kimdən artıqsan” cümləsi “sən kimdən üstünsən, yaxşısan?” kimi başa düşülür. Artıq sözünün antonimi olan əskik sözü isə “pis” anlamını verir. “Artıq-əskik danışmaq”, “gah yaxşı, gah da pis danışmaq” deməkdir. Bu söz həm də çox anlamında işlədilir və artmaq feili ilə bağlıdır, əsl məna məhz bundan ibarətdir. “Yaxşı” mənası sonradan törəmədir. Söz həm də ədat kimi işlədilir (“artıq gecdir” deyirik). Kəlmənin ədat kimi işlədilməsi onun “çox” mənası ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArtmaq feilindən əmələ gəlib, əsli artur (увеличивать) kimi olub. İndiki –ır şəkilçisi –dır4 şəkilçisindən törəmədir, hazırda sinonim kimi işlədilir (gəz və gəzdir, öt və ötürmək). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Artmaq feilindən əmələ gəlib, əsli artur (увеличивать) kimi olub. Artdırmaq variantı da olub. Görünür, təsirli feil düzəldən -ır4 şəkilçisi -dır4 şəkilçisindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBunu alınma övrət sözü ilə bağlayırıq, amma dilimizdə “doğmaq” mənasını verən ur feili olub. Həmin kəlmədən urkaçı sözü də əmələ gəlib və “dişi”, “doğan” anlamlarını əks etdirib. Bizdə urağut sözü arvad sözünün dubleti olub. “Toxum” mənasını verən ur (urluq) sözü də yuxarıdakı ilə bağlıdır (görünür: ur sözü ad-feil omoformu olub). Sarı uyğurlar “orukkaver” cümləsini “ərə ver” kimi başa düşürlər. “Tayfa, qəbilə, qohumluq, uşaq, törəmə, toxum” mənalarını verən uruğ sözü də mövcud olub. Deməli, ur, urağut, uruğ kimi sözlərin hamısı eyni kökdən törəyib və arvad kəlməsi bizdən başqa dillərə keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti