Tovuzda kənd adıdır. İki yozumu var:
1. Kolluq sahə.
2. Geniş düzənlik. Ala (al) feili “geniş olmaq” mənasında işlənib. Alan sözü “düzənlik” deməkdir. Kəlməni “Alaçöl” kimi də yozmaq mümkündür. Mübahisəlidir. Z. Xasıyev bu sözü “düzənlik” kimi açıqlayır. Məncə, “müxtəlif rəngli (ala-bula) kolluq” demək olub. Kənddə belə kolluğun olmasını mən özüm də xatırlayıram. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə al (ala) sözünün bir mənası belə açıqlanıb: “talançı atlı dəstə”. Talamaq, talan, talançı sözləri ilə alamançı (soyğunçu) kəlməsi arasında semantik və fonetik yaxınlıq aydınca hiss olunur. Ala “talançı atlı dəstə”dirsə, ehtimal etmək olar ki, sözün əsli tala kimi olub və ad-feil omonimi kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAla-bəzək sözündəki ala hissəsi ilə qohumdur, “qarışıq” (dönmə) deməkdir. Alaşa cins (seçmə) ayğırla adi madyandan törəyən (qarışıq) ata deyiblər. İndi məna bir qədər dəyişib.
Türkmənlərdə “Alatəkin” adlanan cins ayğırla adi madyandan törəyən ən yaxşı at cinsidir. Alaşa sözü də elə Alatəkin kəlməsinin təhrif olunmuş formasıdır. Bizdə məna dəyişib və mənfi anlamda (zəif at, leş at) işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilində “спускаться” kimi tərcümə edilmiş il felimiz olub. Alçaq sözü də bir vaxtlar ilçaq şəklində işlədilib. Zənn edirəm ki, alt, aşağı, alçaq kimi sözlərin hamısı həmin il feili zəminində meydana çıxıb. Məclisin başına tör, ayaq tərəfinə “il”deyiblər. Belə məlum olur ki, il sözü ad-feil omonimliyinə malik olub və ad korrelyatı “aşağı” anlamını əks etdirib. Bu sözün mənalarından biri “sadə, təvazökar” deməkdir. Zənn edirəm ki, sözün kökü alt, aşağı kəlmələrinin kökü ilə eynidir. -çaq şəkilçisi isə belədir: dilimizdə arzu, meyil bildirən-sa (-sın, -sun) şəkilçisi olub və var (su-sa-maq, gülüm-sən-mək). Beləliklə, söz alsa şəklində feil olub, “sadəliyə meyil etmək” (özünü aşağı tutmaq) mənasını verib. Dara-q, yara-q modelləri üzrə isə alsa-q kəlməsi yaranıb. Sonra s səsi ç ilə əvəz olunub və söz alçaq şəklinə düşüb. Qərb dialektlərində (xüsusən, Qazaxda) alçaq sözü “sadə” mənasında indi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAşıq-aşıq oyununda sümüyün dörd tərfindən birinin adıdır, cik sözü də bunun dəyişmiş formasıdır. “Cikinə-bikinə bələd olmaq” deyirik. Məncə, ıncıq kəlməsinin dəyişmiş formasıdır, (ıncıq heyvanin dal ayağında iki çıxıntının adıdır). Bik sözü də aşığın tərəflərindən birinin adıdır. Oyunda aşığı atmaq məharəti əsasdır: necə atasan ki, cik üstünə düşə, necə atasan ki, bik üstünə düşə! Cikinə-bikinə bələd olmaq bununla bağlıdır: “hiyləsini, ustalığını, məharətini yaxşı bilirəm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTörəmə kök aldadır. Daha qədim kök isə “hiylə” mənasını verən al sözüdür. Bu sözdən al-la feili yaranıb, sonra 2-ci l səsi d səsinə keçib. Mənbələrdə “ложь” anlamını verən aldat kəlməsi də özünü göstərir. Deməli, aldatmaq “hiylə işlətmək”, “kələk gəlmək”anlamlarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti