Dialektlərdə “çox danışmaq”, “boşboğaz” anlamlarında işlənir. Zoğal sözü ilə heç bir əlaqəsi yoxdur. Sözün əsli kövşəmək kəlməsinə gedib çıxır (çənəsini boş qoymamaq). Gövşək zəminində təhrif yolu ilə gəvəzimək, onun da təhrifi nəticəsində zəvzəhləmək yaranıb və axırıncı kəlmə yenə təhrif nəticəsində zoğallamaq şəklinə düşüb (rövnəq pozularaq növraq olduğu kimi). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə colaq kimi işlədililib, yol sözü ilə bağlıdır. Sözün kökü col (yol) kəlməsindən ibarətdir. -aq şəkilçisi kiçiltmə mənalı sözlər düzəldib, cığır yerinə yolaq da işlədilib. Zolaq sözünün qədim mənası yol-yol (üstündə xətləri olan) demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti