Bu söz yatmaq feili ilə kökdaşdır, əsli yatsı kimi olub. Bəzi dialektlərdə yat və yas feilləri eyni mənada işlədilir. Yatmaq (uzanmaq) sözü də yastı ilə uyğun gəlir (yerə yatmaq elə “yastı vəziyyət almaq” deməkdir). Yastıq (əsli: yatsıq) sözü də bunlarla qohumdur. Anadolu türklərində bu söz yassı kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir mənası arabanın qabaq oxunun üstündə olan “yastı ağac” deməkdir. Onu ortadan deşir və boltla oxa birləşdirlər ki, arabanı sağa-sola döndərmək mümkün olsun. Yastığın sol və sağ uclarına dayanacaq bərkidilir ki, laydırı saxlasın. Həm də sürücünün üstündə oturması üçün yastıq rolunu oynayır. Qaqauz dilində yastıq yerinə,“bağırsaq” deyirlər. Araba dönəndə yastığın boltu səs salır (bağırır). Tapmaca da var: Dağdan enir dağ kimi, / Bəyirir oğlaq kimi... Yastıq sözü yastı kəlməsindəndir. Sözü əsli yastıq olub, yat və yas eyni kəlməsinin dəyişmiş formasıdır. Yastılamaq elə “yatırtmaq” (yandırmaq, aşağı etmək) deməkdir. Türk dillərində sözün bir mənası da “maşının mostu”nu əks etdirir, yeni mənadır. Bir də istifadə etsək, pis olmaz. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaş sözü зеленый, молодой, возраст, жизнь, слеза mənalarını əks etdirib. Bizdə indi молодой mənası aradan çıxıb.Yaş və yaz eyni sözün dəyişmiş formalarıdır.Yaz – təbiətin cavan və yaşıllıq dövrüdür. Göz yaşı “su” deməkdir. Yağış yerinə, çağış işlənib və da “su” deməkdir. Ağla-sıtqa (sığıta – su tök sözündən törəyib) indi sıtqa kimi işlədilir, sözü çığla-sığıta kimi olub, hər ikisi “su” deməkdir. Yaşıl sözü “su”, “sulu” anlamı ilə bağlıdır (quru ağaca “yaşıl” deyə bilmirik, suyu yoxdur). Yazılmaq feili həm də açılmaq mənasında işlədilib: çicək yazıldı (цветы распустились) cümləsi ilə bunu sübut edir. Yaz, yaşıl, yağış (çağış), çuvar, çala, çamır, cürdək kimi sözlərin hamısı su anlamını verən sözdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilinə “быть прикованным к постели” kimi tərcümə olunub. Deməli, söz yatmaq feili ilə bağlıdır, yat – kök, -alaq isə şəkilçidir. Qarın yatalağı xəstəliyi var: elə xəstəlikdir ki, adamı hökmən yatağa salır. Söz belə əmələ gəlib: səp-ələ, eş-ələ, çap-ala qəlibi üzrə yat-ala kəlməsi düzəlib, -q şəkilçisi isə onu ismə çevirib. İndi -alaq şəkilçisi tərkib hissələrinə parçalanmır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTuva dilində bərk, şiddətli istiyə, qızmar günəşə “çalış” deyirlər. Bəzi türk dillərində yay əvəzinə, “çay” işlədilir. Görünür, yay kəlməsinin etimoloji mənası “isti” deməkdir və sözün qədim kökü çay, çalın, ya kəlmələri ilə bağlıdır. Yay sözü yanmaq, yaxılmaq kəlmələri ilə qohumdur. Bunlar isə küy (od) deməkdir. Bu da cı (ilıq), ya (yanmaq) sözünə gedib çıxır. Xalq arasında yayın cırcıraması sinonimlər birləşməsi işlədilir ki, buradakı cırcırama sözü də cı kökü ilə bağlı ola bilər. Ən etibarlı yozum isə belə ola bilər: sözün əsli “göy(od)”deməkdir, göy sözü qay (yanmaq) şəklini kəsb etdiyi kimi, yay formasına da düşə bilər. Günəşin qədim adı Göyəş olub, burada da göy “od” mənalı sözdür. Deməli, yay və Günəş eyni kökə malikdir. O.Süleymenov bir məqaləsində yazır ki, qədim türk dilində (Orxon abidəsində) yay sözü “günəş” mənasında işlədilib (“Литературный Азербайджан” jurnalın 2000-ci il, №5, səh. 5) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti