Müasir dilimizdə bu söz suyun açdığı uçurumu bildirir. Mənbələrdə yar kimi qeydə alınıb və ruscaya “овраг” kimi tərcümə edilib. İkinci yar (parçala) sözü də var və feildir. Deməli, yar kəlməsi ad-feil omonimi oub. Yarğan sözündəki -ğan şəkilçisi onun feildən düzəldiyini göstərir, “yarıq yer” mənasını verir. Yarmaq və ayırmaq sözləri tarixən eyni kökdən törəmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaru “işıqlanmaq” deməkdir. Həmin feildən yaruq sözü düzəlib və “işıq” anlamında işlədilib. Yarın sözü “заря” kimi tərcümə olunub. Deməli, sabah, səhər (bunların hər ikisi alınma sözdür) mənasını verən yarın kəlməsi (R.Rzada yarın sözü işlədilib) “qaranlıqdan (gecədən) sonrakı (işıqlı) vaxt, səhər, sabah” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYastana forması da olub. Mənası dağın üstündə “yastı yer” deməkdir. Deməli, yastı kəlməsindən əmələ gəlib. Yaslan sözü də olub: yayılmaq, sərilmək, yastılamaq mənalarında işlədilib. Yatmaq (uzanmaq) və yastı sözləri eyni kökdən törəyib. Deməli, yatmaq və yuxulamaq heç də eyni şey deyil: yatmaq “uzanmaq”dır, hələ yuxulamaq deyil. Qax rayonunda uşağa “yat, yuxula” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti