Mənbələrdə qıl sözünün sinonimi kimi yal kəlməsi verilib: -man çoxluq bildirilir, yalman – atın və s. Yalında olan qıl çoxluğuna deyirlər. Yalmanmaq sözü də var və yalman ismi ilə əslən bağlılığı yoxdur. Yalmanmaq feili yanmaq (müqayisə et: yıldız, yalov...) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözünsinonimi ləlimək kəlməsidir. Yalvar-yaxar kəlməsi də sinonimlər birləşməsidir. Yaxar - “yanmaq” sözü ilə bağlıdır (yandım- yıxıldım deyirik). Yalvarmağın birinci komponenti olan yal da alov, ulduz tipli sözlərlə qohumdur, yanmaq anlamınını əks etdirir. Yalvarmaq insanın öz yanğısını (qayğısını) izhar etməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHeyvanda yaman xəstəliyi olur. Bu sözün mənası mənbələrdə dərinin iltihabı (воспаление кожи) kimi açıqlanıb. Görünür, yaman sözünün qədim forması yanmaq şəklində olub (iltihab elə yanmaq deməkdir, həm də təkcə istidən yox, soyuqdan da baş verir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli yanlaşmaq olub, “yan almaq, yanı ilə getmək” deməkdir. Təhrif nəticəsində söz yanaş formasına düşüb. İkinci yozum da mümkündür: qan ismindən qan-a-maq feili əmələ gəldiyi kimi, yan sözündən də yan-a-maq kəlməsi düzələ bilər. -ş şəkilçisi qayıdış növü bildirir (müqayisə et: büz-üş-mək, sür-üş-mək...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYan və bud kəlmələrindən əmələ gəlib: yanbud kimi olub, sonra son samit dəyişib. Yanbuz “budun yan tərəfi” deməkdir. İkinci ehtimal da ola bilər: söz mənbələrdə yanbaş şəklində də verilib, “ayağın yan tərəfinin yuxarı (baş) hissəsi” kimi açılanıb. Yanbaş isə təhrif nəticəsində yanbuz formasını kəsb edib. Birinci mülahizə daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏlcək, qolçaq kəlmələrinin qəlibi üzrə yaranıb. Hər üç söz həm də -lıq şəkilçisi ilə işlədilmişdir: yanlıq, əllik, qolluq. -çaq2 və -lıq4 şəkilçilərinin sinonim olması göstərir ki, onların hər ikisi məkan anlayışı ilə bağlı isimlər düzəldib: yanda olan, əldə olan,qolda olan... mənalarını əks etdirir. Başqa yozum: söz, əslində, yançaq yox, yantaq (yana taxılan) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Yanmaq feilindən yanıq ismi, ondan da yanıqlı sifəti törəyib. M.Cümə yazır: Bir su ver yanıqlıya... Sözün yanğılı forması da var, yana-yana mənasını əks etdirir.
2. Bu söz Tovuzda bir kəndin adıdır. Xınna dərəsində yerləşir. Z.Xasiyev doğru yazır ki, Xınna sözü hun sözünün təhrif olunmuş formasıdır. Yanıqlı isə, çox güman ki, arabanı kəşf etmiş qınıq (qayığ) tayfasının adı ilə bağlıdır, söz əvvəl qanıqlı kimi olub, sonra Yanıqlı şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti-ıl feilin qayıdış növ şəkilçisidir. Deməli, yan kökü feil olub. Yanlış sözü də bununla kökdaşdır. Qədim mənbələrdə həm yanılmaq, həm də yanlış sözləri “sağır nun”la yazılıb. Bir yozum da mümkündür: söz yan (yan tərəf) kəlməsi ilə bağlıdır, yanılmaq fikrin yana getməsi (səhv etmək) deməkdir. Onda ya-n-i-il-maq quruluşu məqbul sayılmalıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti