1. Bəzi türk dillərində (məs. Qaqauz dilində) ruscaya заражаться kimi tərcümə olunub, ehtimal ki, il kökündən yaranıb (ilişmək kəlməsini yada salın). Mənbələrdə yoluxmaq və yoğurmaq sözləri sinonim kimi işlədilib. Bu baxımdan xəstəliyin yoluxması mikrobun bir şəxsdən digərinə keçməsi (qarışması) kimi də yozula bilər. İkinci bir yolux sözü də var və “baş çəkmək”, “görüşmək” anlamında işlədilir. Bu, yoxlamaq kəlməsinin dəyişmiş formasıdır (bu sözlər, yəni baş çəkmək və yoluxmaq) indi də sinonim kimi işlədilir).
2. Mənbələrdə yuquc sözü var və yoluxma mənasında işlədilib. Söz bunun dəyişmiş forması da ola bilər. Başqa yozum da mümkündür: yol (yel) sözü sürətlə getmək anlamını da bildirir. Yoluxmaq “surətlə yayılmaq” kimi də başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYüli (бритъ), yülikü (ülgüc), yülük (бритый) sözləri qohumdur. Filankəs yoluğun biridir deyirlər. Yoluq sözü qırxmaq sözü ilə semantik yaxınlığa malikdir, ülgüc sözü yolğuc kəlməsinin dəyişilmiş formasıdır. Deməli, yolmaq və qırxmaq arasında qohumluq var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiLələk, tük, qıl mənalarını əks etdirən yük sözü olub. Yolmaq, qırxmaq yerinə yunlamaq işlədilib. Güman ki, yun sözü yonmaqla bağlıdır, “çıxarılan hissə” deməkdir). Yonmaq və yolmaq kökdaş sözlərdir. Başı qırxmaq elə saçı yolmaq deməkdir (ülgüc də yolğuc olub), ağacı yonmaq da elə “qırxmaq” kimi bir şeydir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYörgə feilindən əmələ gəlib. “Yörgə”nin mənası bürünmək, bələnmək (yürgək) demək olub. Beşiyə “yüyürük” deyirik və hərəkətlərlə (yerimək, yellənmək) bağlıdır. Yürgək isə uşağı bürümək üçün olan şeydir, bələkdir. Bunlar eyni sözdən törəməyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaqauz dilində arğın sözü “zəif” mənasında işlədilir. Arqımaa feili isə arıqlamaq kimi açıqlanıb. Deməli, arıq və arğın sözləri eyni kökdən əmələ gəlib. Bizdə aşıq adlanan sümük (aşıq-aşıq oyunun yada salın) qaqauzlarda arşıq kimi işlədilir. Görünür, o da arğın kəlməsi ilə eyni kökə malikdir, “arıq (ətsiz)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti