Alınma sözdür, ədəbiyyatda onu bəziləri ərəb, bəziləri isə fars mənşəli hesab edirlər, hər iki dildə işlədilir, amma ərəbdənmi farsa, yoxsa farsdanmı ərəbə keçdiyini müəyyən etmək çətindir. Azərbaycan dilinə isə bu iki dilin hansından keçdiyi məlum deyil. Məncə, söz fars mənşəlidir, çünki farslarda xanc sözü var və “yara” deməkdir. Xəncər ağır yara vurmaq vasitəsidir. Bizdə onun yerinə, böktə sözü işlədilib ki, bu da balta kəlməsi ilə qohumdur. Etimoloji mənası “bölmək”, “parçalamaq” kimi başa düşülə bilər. Hər iki söz zərbə vasitəsi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim ruslarda bu dənizin adına “Xвалиськое море” deyiblər. Dərbənd dənizi, Quzğun gölü, Həştərxan dənizi, Göygöz dəniz və s. adlarla da tanınıb. Alimlərin fikrincə, Xəzər sözü Kaspi sözünün dəyişmiş formasıdır. Kaspi isə Qafqaz dağlarının adındakı Qaf hissəsi ilə eyni söz olub. Belə hesab edirəm ki, Xəzər dənizinin adını Xəzər tayfası ilə bağlayan alimlər (Rza Nur və b.) haqlıdırlar. Xəzərlər isə türk tayfalarından olublar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədən alınma sözdür, bizdə onun yerinə ağı (ağıl )sözü işlədilib. Qiymətdə ağır ifadəsi də xəzinə ilə bağlıdır. Xəzinədar yerinə, ağıçı işlətmişik. Ehtimal olunur ki, “qorunan, saxlanılan” mənalarını verən ağıl (məsələn, qoyun-quzu ağılı) mənasını verən sözlə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Xızır peyğəmbərin adıdır. “Qızmaq” (od) anlamı ilə bağlıdır.
2. Kiçik çillənin son həftəsinə deyilir. Bu dövr həm də Xıdır (Xızır, İlyas) Nəbi bayramı adlanır. Bu, yazın gəlməsi ilə bağlı keçirilən mərasimdir. Sözün xız(xıd) hissəsi ulduz kəlməsindəki “duz”la bağlıdır, “od” anlamını verir, -ər isə “kişi” deməkdir (xıd-ır “od kişisi” kimi başa düşülə bilər). Səbəbi isə odur ki, Xıdır peyğəmbər kiçik çillənin sonunda yazı (istiliyi) gətirirmiş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti