Bal, mürəbbə və s. çox qaldıqda bərkiyir və şəkərə çevrilir. Buna xarlamaq deyilir. Güman ki, bu söz qarımaq kəlməsinin dəyişmiş formasıdır, “köhnəlmək”, “qocalmaq” deməkdir. Bəzi dillərdə qar yerinə, xar işlədilir. Sözü qar kəlməsi ilə də əlaqələndirmək olar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBizdə xartut tutun xüsusi növüdür, farslarda isə “krıjovnik” anlamında işlədilir. Hərfi mənası “tikanlı tut” deməkdir. Bəzi alimlər tut sözünün aramilərin dilində “meyvə” demək olduğunu zənn edirlər. Onda xartut sözü “tikanlı meyvə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə “çərşənbə axşamı” (həftənin 2-ci günü) mənasında işlədilir. Poeziyada da rast gəlinir: “Xas gecəsi gördüm duşda…” (M.Cümə). Fars dilindən alınma sözdür, arxaikləşib. Ən yaxşı, müqəddəs gün hesab olunub (poeziyada mübarək xas gecəsi ifadəsi çox işlədilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti