Ərəb sözüdür, Valid, Validə, Mövlud, övlad, təvəllüd sözləri ilə kökdaşdır, doğmaq anlamı ilə bağlıdır. Eyn ikilik mənasını verir. Valideyn “ata və ana” mənasını bildirir. Türk dillərindəəkə sözündən istifadə olunub, “yetim” əvəzinə əksiz işlətmişik. Güman ki, ögey (doğma olmayan) də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiM.Fasmerin yazdığına görə, Almaniyada vandallar adlı qəbilə olub, 455-ci ildə Romanı məğlub edib və bütün mədəni abidələri dağıdıblar. Söz də həmin qəbilənin adı ilə bağlı yayılıb. Müasir mənası “mədəni abidələri vəhşicəsinə məhv edənlər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBay forması da olub, varlı mənasında işlədilib.Var-bayağut sözü “состоятельный” anlamını verib. “Baylığa nə darlıq” ifadəsi “varlığa nə darlıq” mənasını əks etdirib. Qidalanmaq, bəslənmək, faydalanmaq mənasını verən barğımaq feili mövcüddur. Səni bay olmayasan cümləsi var: “ev-eşik sahibi olmayasan” mənasını verir. Cümlədə xəbər olan, dilçilikdə xəbəri əvəzlik (və ya predikativ söz) adlandırılan var kəlməsinin yuxarıdakı ilə heç bir əlaqəsi yoxdur. Var (dövlət) və bay (bəy) eyni sözün dəyişmiş formalarıdır. Deməli, bəy kəlməsi bəyənmək feili ilə yox, varlı (olmaq) anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiXana toxuyarkən ərişi nizamlamaq üçün olan ağaca varan-gələn deyirlər. Varmaq (getmək) və gəlmə (qayıtmaq) sözləri əsasında əmələ gəlib. Varan-gələn gah yuxarı basılır, gah da aşağı endirilir, müntəzəm olaraq “var-gəl” edir. Söz də buradandır (fars dilinə də keçib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzən dialektlərdə yayın ən isti vaxtına vartavar (vartazar, martazar) deyirlər. Güman edirəm ki, sözün əsli marmamar (“isti və isti”) kimi olub. Mar qədim hind (Sanskrit), (eləcə də yunan) dilində çox isti mənasında işlədilən söz olub. -ma isə türk dillərində ərəbcədən keçmiş “və” bağlayıcısının qarşılığı kimi işlədilib (az-maz, darmadağın sözlərində indi də qalır). Qızmar günəş birləşməsində də mar hissəsi hind –yunan sözüdür. Mar “çox isti” mənasında rus dilində də işlədilir, onlarda hətta “марить” feili də var. Elmar sözündəki mar hissəsi də “isti” deməkdir. Elmar “eli qızdıran, isidən” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti