Dilimizdə uymaq (подходить) feili var. Onun zəminində uydur, uyğun kimi sözlər əmələ gəlib. Uy kökü ad-feil omonimdir və ad anlamında “fikir” mənasını əks etdirir. Feil olan uymaq, ondan əmələ gəlmiş uyarlıq, uyğun, uyuşmaq, uydurmaq kəlmələrinin hamısı eyni kökə malikdir. Uyğun - yararlı anlamında işlədilir. Uydurmaq - olmayan şeyi xəyalən “yaratmaq” deməkdir. Uy feili həm də “bağlanmaq” mənasında işlədilir (niyə uydun sara, Ceyran...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə qonağı yola salarkən müşayiət etməyə uzatmaq deyirlər: “Dostumu Gəncəyə qədər uzatdım, Bakıya getdi”. Uzatmaq, bir növ yola salmaq deməkdir. Mənbələrdə “iraq” anlamı ilə bağlı ırat feili var və “удалить” mənasını əks etdirir. Uzat, uzaq və iraq tarixən eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü “uz”dur, mənası “çox” deməkdir. Uzaq və uzun kökdaş kəlmələrdir. Uzun və enli, yoğun və nazik, qalın və yuxa antonimlərdir. Qalın və nazik sözlərini antonim hesab etmək doğru deyil, amma müasir dilimizdə bu, geniş yayılıb. Qalın sözünün əksi yuxadır, yoğun sözününkü isə nazik kəlməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün kökü “uz”dur. Uz-un, uz-a-n kimi misallar da bunu sübut edir. Uzadı kəlməsinin əsli “uz-a-t-ı”dır. Uza təsirsiz feilindən uzat təsirli feili əmələ gəlib, ondan isə uzadı zərfi yaranıb (-ı şəkilçisi feildən ad düzəldə bilir: “küsmək”dən küsü). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti