Atı minənlər onu mahmızlayır, hərəkətə gətirirlər. Mahmız atın böyrünü yaralamasın deyə, ora xüsusi gön bərkidirlər. Buna tarixən təpingi deyilib (“təpikdən, zərbədən qoruyan” deməkdir). Bəzi dialektlərdə indi işlədilir. Ruslar buna лопасть, farslar pərre deyirlər, Təpik sözü ilə də qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür və çoxlu mənası var: təzə, yaş (nəm), çiy, təmiz, ayaqqabı, jilet, dəri, fırlanmaq, yan keçmək və s. Təravət sözü də tər kəlməsinin təzə mənası ilə bağlıdır. Xəstə Qasımın beş bəndlik “Tər gülər Sənəm” qoşmasında tər sözü 61 dəfə işlədilmiş və demək olar ki, bütün mənalar əhatə olunmuşdur. Bu sözün “xərc ödəmək”, “xərcə düşmək” (“beş manat tərlədim” deyirik) mənası da var. Qan-tər sinonimlər birləşməsidir. Rus dilində də “пот” kəlməsi (tər) печь sözü ilə qohumdur. Çeşmi-tər “gözyaşı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars sözüdür (məsdər forması təraşidən sözüdür) və “yonmaq”,” yolmaq”, “qırxmaq”, “yox etmək” anlamlarında işlədilir. Taraş sözü də var: məhsul toplandıqdan sonra yerdə qalan hissə belə adlanıb. Güman edirəm ki, bu, daraşmaq sözü ilə bağlıdır (camaat ura yığmağa axışır, daraşır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarsca “qanı təzələyən” deməkdir (tər sözü “təzə”, xun isə “qan” deməkdir). Farslar innaba təbərxun deyirlər, görünür, bu da qan anlamı ilə bağlıdır. Bəzi mənbələr bunu ərəb mənşəli hesab edir (ət tərhun) və rusca эстрагон kimi verirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır (əsli: tarek) və çoxlu mənaları var: tərk etmək (qoyub getmək); dib (quyunun təki və ya tərki); yəhərin dal tərəfi; üst tərəf (papağın tərki) və s. Tərgitmək sözü də tərk etmək ifadəsinin təhrifindən ibarətdir. K-g əvəzlənməsi yeganə (əsli: yekanə), sözündə də özünü göstərir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti