Nazik dəmir təbəqəsinə tənəkə (ustasına tənəkəçi) deyirik. Rusca “жесть” deməkdir. Bəzi türk dillərində pul sikkəsinə də təngə deyiblər (indi də ümumiyyətlə, pul anlamında işlədilməkdədir). Rus dilində işlədilən деньги kəlməsi də bu sözlə bağlıdır. Sözün qədim mənası “dəmir” demək olub. Dəmir sözü türk dillərində bundan əlavə, həm də temir (Teymur), dibir formalarında işlədilib. İndi bizdə temir və dibir yalnız ad (familiya) yerində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTəng farscadır, mənası “dar” deməkdir, nəfəs ərəbcədir (tənəffüs sözü ilə qohumdur). Təngnəfəs “nəfəs yolunun daralması” deməkdir. Təngimək (təntimək kimi də işlədilir) kəlməsi də təng sözündən törəmiş feildir (bərk-i-mək qəlibi üzrə), “darıxmaq” anlamına yaxın məna bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Dədə Qorqud”da “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala“ cümləsi var. Buradakı dəpərə sözü müasir anlamda “təpərlə” deməkdir. Təpər baltayabənzər silah növü olub və ruslardakı топор (balta) sözü də buradandır. İndi sözün təpəri (kəsəri), təpərli adam ifadələrini işlədirik. Burada məna bir qədər dəyişsə də, əlaqə itməyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBellə yer şumlayarkən ayaqla basılan xüsusi hissə təpgəc adlanır. Təpmək, təpik sözləri ilə kökdaşdır (süzgəc qəlibi əsasında yaranıb). Təpmək “zərbə” deməkdir, ən çox ayaqla vurulan zərbəyə deyirik. Tüfəng də təpir (qundaq sinəyə təzyiq edir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTəpinmək, təpgəc, təpmək kimi sözlərin arxetipi təp feilidir, “ayaqla zərbə vurmaq” deməkdir. Tuva dilində təp+i (görünür, yaz-ı qəlibi üzrə yaranıb) ismi “ayaq” (ножка) mənasında işlədilir. Təpik kəlməsi birbaşa təp feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti