Ov itidir, xalis türk sözüdür, qaçan mənasını verir. Dızıx, tezik sözləri ilə bağlıdır (bəzilərinin rus dilindəki бежать kəlməsi ilə bağladığı becit sözü də bunlarla əlaqədardır). Tazı sözünün omonimi də olub, mənası “ərəb” deməkdir, indi işlədilmir. Başqa yozuma görə, farsca taxtən (qaçmaq) məsdəri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Tel sözü “sim”, “saç”, “saçaq”, “ziya”, “şüa”, “qızıl”, “yaxşı” anlamlarında işlədilib (“qızıl” mənası türkmən dilində indi də var). Telli sözünün “yaxşı” mənası Qazaxda indi də qalır: bu telli kəldir, arabanı yaxşı çəkir. Telli qadın adı kimi “ziya”, “yaxşı”, “qızıl” sözləri ilə bağlıdır, güman edirəm ki, saç kəlməsi ilə əlaqəsi yoxdur (hamıda tel olur, amma hamıya Telli demirlər). Qadın adı olan Telli sözü durna teli (bəzəkli), telli sona (gözəl) birləşməsindəki tel sözü ilə də bağlı ola bilər. Zülfiyyə sözünün sinonimi kimi də başa düşmək olar.
2. “Qızıl (bəzən gümüş) sapla bəzədilmiş” deməkdir. Anadolu türklərində gəlin teli ifadəsi “gəlini bəzəmək üçün qızıl sap” mənasında işlədilir. Ərəbcə təla (qızıl) sözündəndir. Qadın adı olan “Telli” də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiPoeziyada Qara bağrımı teylərəm cümləsi çox işlədilib. Bu sözün “deşmək” (“kəsmək”) və “qonmaq” mənaları var. Güman edirəm ki, tiyə sözü zəminində əmələ gəlib və əsli tiyələmək olub. Bağrı teyləmək –“onu yaralamaq”, “doğramaq”, bir sözlə, “tiyə ilə zədələmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti