Mənşəyi haqqında iki mülahizə ola bilər:
1. Tanımaq feili ilə bağlıdır, “tanınan”, “sitayiş edilən” deməkdir.
2. Göy (səma) mənasında xan təgrə birləşməsinə rast olmuşam. Təgrə “qübbə” deməkdir, xan isə məlumdur. Bizdə tanrı və göy sinonim sözlər olub. Deməli, Tanrı –göyün xanı (sahibi) deməkdir. Allah sözü ərəb dilindən keçənə qədər türk aləmində Tanrı sözü onu əvəz edib və islamdan çox-çox qabaq tanrıçılıq (təngriçilik) dinimiz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti