1. Ədəbi dilimizdə 2 əsas mənası var:
1.1 “Hərəkət etdirmək”.
1.2 “dilə tutmaq, aldatmaq”. Dialektlərdə (Qazax, Şamaxı..) sözün “eşmək”, “burmaq” mənası da var. Mənbələrdə “мешалка” anlamını verən tuğlavıc “вертеть” mənasında işlədilən tuqlandırqa sözləri vardır. Deməli, sözün hərəkət və eşməklə bağlı mənaları, əslində, dolamaq kəlməsi ilə əlaqədardır. Dolamaq təhrif nəticəsində tovlamaq şəklinə düşüb. Mənbələrdə “yalan”, “hiylə” mənasını verən tev sözü də qeydə alınıb, tovlamaq (əsli: tevləmək) sözü “hiylə yolu ilə qarşıdakını özünə tabe etmək” deməkdir.
2. Ərəb dilində tov sözü var, “könüllü hərəkət” deməkdir, tovlamaq işi könüllü görməyə cəlb etmək kimi də anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi alimlər bunu ərəb mənşəli hesab edir və mənasının “tünd-göy” demək olduğunu açıqlayırlar. Mənbələrdə sözün altundonquş (tonquş) forması da var: “bəzəkli quş” mənasını verir. Mən ikincini düzgün hesab edirəm. Tovuz rayonunun adı isə oğuz sözü ilə bağlıdır, quşla əlaqəsi yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇox vaxt doymaq feili ilə əlaqələndirirlər (sinonimi: düyün). Zənn edirəm ki, göy (kürəkən) kəlməsi ilə qohumdur: quda və göy qohum sözlərdir. Quda qut sözü ilə bağlıdır, “xoşbəxtlik” deməkdir (evə gəlin gətirmək, kəbin kəsdirmək, toy eləmək xoşbəxtlik hesab edilir). Toy da xoşbəxtlik məclisi kimi başa düşülə bilər (onun antoniminin vay olması da bunu sübut edir). Bəzi türk dillərində toy yerinə quda işlədilir. Maraqlıdır ki, rus dilində də свадьба və сватовствo (qudalıq) kəlmələri eyni kökə malikdir (rusca сват, свой və свояк eyni kökə malikdir). Düyün yalnız evlənmə məclisi ilə əlaqədardır, tərəfləri bir-biri ilə bağlayır (düyləyir), toy isə hər cür şadlıq məclisidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTatar dilində tozırqa sözü var və “köhnəlmiş” deməkdir. Toz bizdə isim kimi işlənir. Tozumaq şəklində feil yerində də çıxış edir. Bəzi dillərdə toz həm də feildir. Toz sözünün qədim mənası elə “köhnə” deməkdir (köhnələn şeylər çürüyür və toza çevrilir). Köhnə isə alınma sözdür. Doğma toz kəlməsi ilə alınma köhnə sözü arasındakı mübarizə tozun öz mənasının dəyişməsinə gətirib çıxarmışdır. “Qutadqu Bilik” də bu söz toğ kimi işlədilib. Bəlkə də, “doğramaq”, “əzmək” sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü toz kəlməsidir. Bəs -anaq nədir? Dilimizdə feillərə qoşulan -anaq2 şəkilçisi var (döy-ənək, boğ-anaq...), amma isimlərə belə bir şəkilçi qoşulmur. Bəs tozanaq necə əmələ gəlib? “Солить” mənasında duza, “пылить” anlamında toza feilləri olub. -anaq2 şəkilçisi toz isminə yox, toza feilinə artırılıb, yanaşı gələn iki a saitinin biri ixtisar edilib və toz-a-anaq sözü toz-anaq şəklini kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTörp feili olub, ondan törpü (напильник) əmələ gəlib. İridişli yeyə növüdür, ən çox ağacı hamarlamaq üçün işlədilir. Qədim forması feil olub, isim kimi isə törpük şəklində də işlədilib. Dişli, çıxıntılı deməkdir. Görünür, dırmıq, daraq kimi sözlərlə eyni kökə malikdir. Tora variantı da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTürkmən dilində döle şəklində işlədilir. Damazlıq (əsli: damızlıq) sözü qabaqlar tövlədə saxlanılan, döl vaxtı örüşə buraxılmayan (xüsusi bəslənilən) heyvanlarla bağlı işlədilib. Həm tövlə, həm də damazlıq (dam, ev) sözləri bilavasitə döllə bağlıdır. Döl heyvanı tövlədə (damda) bəsləndiyi üçün tövlə “döl evi” deməkdir. Bu sözü alınma söz hesab edənlər də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti