”Zərbə endirmək” mənasını verən toxu feili ilə bağlıdır. Kilim və s. şeyləri həvə, kirkid kimi alətlərlə toxuyurlar. Başqa hallarda hörmək kəlməsi işlədilir (Corab toxumaq təzə meydan çıxıb. Qabaqlar corab hörülüb, indi isə, doğrudan da, toxunur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Zərbə endirmək”, “atmaq” mənasını verən tul feili olub. Onun da əsasında tulla, tolazla sözləri yaranıb, amma feil -la şəkilçisini qəbul etmir: vur-la-maq deyilmir, bəs necə olub ki, tul-la-maq yaranıb? Belə bir anlaşılmazlıq sal-la-maq feilində də var. Görünür, söz səpələ, silkələ qəlibi üzrə əmələ gəlib, sonra tulla, salla formasına düşüb. Qolazlamaq kimi də işlədilib. tolazla və qolazla eyni sözün fonetik variantlarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAyaq (təpik) sözü ilə bağlıdır. Qolu şikəst olana çolaq (əsli: qolu yox), ayağı şikəst olana topal deyirik. Deməli, təpik, təpmək, topal kimi sözlər eyni kökdən törəyib. Topuq isə “topa bənzəyən” (yumru) deməkdir, onun təpik sözü ilə qohumluğu yoxdur. Topal adamın şikəstliyi, axsaqla müqayisədə, daha çox olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAyağın baldırla birləşdiyi yerdə iki çıxıntı var, topuq (лодыжка) və ya topuq sümüyü adlanır. Formaca topa oxşadığı, yəni yumru olduğu üçün ona bu adı veriblər. “Щиколотка” anlamını verən topuq sözü isə (aşıq, сустав) “oynaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHör (ör) kəlməsi ilə qohumdur. Hətta bəzi dialektlərdə hörümçək yerinə torumça işlədilir. Deməli, tor “hörülmüş” (toxunmuş) mənasını verən bir kəlmədir. Gözüm tor görür, ala-toran birləşmələrindəki tor, toran kəlmələri də haqqında danışdığımız sözlə bağlıdır, onun məcazlaşmış mənalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz bizdə quşların ümumi adı olub, quşlar boz torağay (sərçə), qara torağay (qaratoyuq), sarı torağay (tarla quşu) kimi ifadələrlə bir-birindən fərqləndirilib (Bu ifadə forması meyvələrlə də bağlı olub: qara ərik, sarı ərik, Amasiya əriyi və s. müxtəlif çəyirdəkli meyvələrin adlarını əks etdirib). Belə məlum olur ki, leksik vahidlərin sayı az olduqda sözlərə təyin əlavə etməklə yeni adlar düzəldilib. Ehtimal ki, toyuq və torağay kökdaş sözlərdir. Başqa dillərdə torağay anlamını əks etdirən sözlərin mənası “oxumaq” kimi qeyd olunur. Məsələn: qədim hindlər torağaya dayəti deyiblər, mənası “oxumaq”, “ötmək” deməkdir. Ehtimal ki, torağay və daəti sözləri etimoloji baxımdan eyni olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli topraq formasında olub. Təpik sözü ilə bağlıdır: “ayağımızın altında olan” deməkdir: top (raq) və təp (ik) arasındakı fonetik oxşarlıq da bunu sübut edir. Yer və yerimək sözləri də qohumdur. Tuva dilində yol əvəzinə, oruq (yerimək) işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti