Ən qədim mənası “deşmək” deməkdir, “шить” mənası sonradan əmələ gəlib. Dədəm Qorqud iynəyə tikən deməyib, çünki iynə “yığan” deməkdir, tikən demək deyil. Də+l və de+ş sözləri kökdaş olub. Tik və deş (dəl) arasında qohumluq axtarmağa dəyər. Tikan sözü də “deşmək” (tikmək) anlamı ilə bağlıdır. Sözün bir mənası mənbələrdə rus dilinə “жалит” (sancmaq) kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Bir nəsildən olanların yaşadığı ərazi” mənasını bildirir. Təqirə kimi də işlədilib. Mənası “qohumların yaşadığı dairə, ərazi” demək olub, sözün mənşəyi ya törəmək (bir soydan olanlar), ya da dəyirmi kəlməsi ilə bağlı ola bilər. Qohumluq əlaqəsi (törəməklə) ilə bağlı variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQoyunun balası 6 aya qədər quzu, sonra isə (1 yaşa qədər) toğlu adlanır. Bu söz, məncə, tük sözü ilə bağlıdır. Toğlu qoyunun ilk dəfə qırxıla bilən, yun gətirən dövrüdür. Qoyun sözü isə “isti” anlamını verən və qaynamaq sözündə olan qay (əsli: köy) sözü ilə bağlıdır (dərisi, yunu isti olur). İkinci yozum da mümkündür: Çin dilində toq sözü var, “buynuz” deməkdir. Görünür, toqlu “buynuzlu” (təzə buynuz çıxaran) deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiToxunmaq (zərbə endirmək) sözü ilə kökdaşdır. Sözün kökü “tox”dur, ondan toxa ismi, toxu və toxmaq feilləri əmələ gəlib (indi toxmaq isim kimi işlədilir). Qala sözü qal feilindən əmələ gəldiyi kimi, həmin qəlib üzrə də tox sözündən toxa kəlməsi törəmişdir. Xış meydana çıxmamışdan əvvəl toxa yeri şumlamaq aləti olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Утешение” anlamında toq sözü mövcud olub. Onun da əsasında toxta kəlməsi yaranıb (tap-da-maq modeli üzrə). Güman etmək olar ki, toxta sözünün əsli toxla (sakitləş, dayan) kimi olub, sonra allanmaq kəlməsi aldanmaq şəklinə düşdüyü kimi, həmin qəlib üzrə toxla sözü də toxta formasını kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars dilindən alınma sözdür. Bizdə onun yerinə uruk, uruğ, orluq kimi kəlmələr işlədilib. Görünür, “biçmək” anlamını verən or sözü də yuxarıdakılarla kökdaşdır. Hətta ərik kəlməsi də (toxumlu, çəyirdəkli...) bununla bağlıdır. Toxum mənasında dialektlərdə torum sözü də işlədilir. O da mümkündür ki, toxum və tökmək (səpmək) eyni kökə malikdir, farslara bizdən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti