Ərəbcədir, təbəə sözü ilə kökdaşdır. Tab sözü də var, farscadır, “dözüm” mənasını əks etdirir. Mahtab tipli sözlərdə isə tab (farsca: tabidən) “isti”, “işıq”, “şüa” deməkdir. Ta sözü də var (ta evə qədər), indi bizdə ədat yerinə işlədilir, fars sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Tağalamaq feili olub və “катить” anlamında işlədilir. Tağalaq ondan törəmiş isimdir. Ehtimal ki, təkərləmək sözünün təhrifi ilə bağlıdır.
2. Mənbələrdə doğalaq kimi verilib, “dəyirmi”, “dairəvi” deməkdir. Dolamaq, dulğu sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAd-feil omonimdir: sözün kökü tala feilidir, talanmaq məchul növdür, talan olmaq isə “dağıtmaq”, “gəlir əldə etmək” deməkdir. Talan həm də isim kimi işlədilir (talançılıq...). Fars mənşəli hesab edənlər də var, əslində, öz sözümüzdür. Cağatay (qədim özbək) dilində də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti