(Əsli: savlaşmaq, yəni sözləşmək) feili ilə dalaşmaq və davalaşmaq kəlmələri sinonim sözlərdir. Bunların fərqi belədir:
1. Savaşmaq yalnız söz vasitəsilə bir-birini narahat etməkdir.
2. Dalaşmaq –dalamaq feilinin qarşılıq-birgəlik növüdür (tərəflər bir-birini dalayır, sancır, döyür və s.).
3. Davalaşmaq feili dava kəlməsindən törəyib və kökü alınma sözdür: bu, savaşmaq və dalaşmağa nisbətən tərəflər arasında daha ciddi mübarizə getdiyini bildirir, “döyüşmək” anlamına daha yaxın olan mənanı əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə saq sifəti var, “diqqətli” mənasında işlədilib. San feili də olub, “hörmət etmək” mənasında işlədilib. Saymaq Anadolu türklərindəki sayın, adlı-sanlı sözündəki sanlı sözləri yuxarıda verdiyimiz saq və san kəlmələri zəminində əmələ gəlib. Görünür, “diqqətli” mənasında olan saq kəlməsindən bərk-i-mək qəlibi üzrə saqımaq feili əmələ gəlib. Ondan da sayıq sözü yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün ilkin kökü sa feilidir. Ruscaya считать kimi tərcümə edilib (indiki sınmaq feilinin də qədim kökü sı sözü olub), onun üzərinə -n şəkilçisi artırmaqla sanmaq (qayıdış növ), -a şəkilçisi artırmaqla sanamaq sözləri əmələ gəlib. Qədim mənbələrdə saymaq forması qeydə alınmayıb. Görünür, say forması xeyli cavandır. “Число” mənasında da say yox, san kəlməsi işlədilib. Ehtimal ki, burada n-y əvəzlənməsi baş verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTürkmən dilində say sözü “sağlam” mənasında işlədilir. Deməli, say və sağ kökdaşdır. Say-seçmə “sağlamları (igidləri) seçmək” deməkdir. Say(sağ, saq) sözünün mənaları sırasında “чуткий”, “осторожный”, “трезвый” anlamları da mövcuddur. Ayıq-sayıq sözündəki sayıq da say sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarsca saxtən feilinin əsasıdır, “düzəldən”, “yaradan”, “təmir edən” deməkdir: saatsaz və s. Saz həm də çalğı alətinin adıdır (sazandə..). Sözün bir mənası da “razılaşma” deməkdir: saziş. Dördüncü məna “sağlam” anlamına uyğun gəlir: kefi saz olmaq... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. ər. sayl – gur axın
2. Bəziləri ərəb dilindən alınma hesab edilir. Məncə, su, islanmaq, sıyıq sözləri ilə kökdaşdır və bizdən ərəblərə keçərək formaca dəyişib. Selav(selab) sözü də var. Sel və ovmaq (selin olduğu yer) sözlərinin birləşməsindən əmələ gəlib, dialektlərdə çox, ədəbi dildə az işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti