Dialektlərdə salavay kimi də işlədilir. Sal kəlməsi mənbələrdə “atmaq” (бросать) kimi açıqlanıb. Salku sözü “sapand” demək olub. Salıkula –“daş atmaq” deməkdir. Deməli, salba “atmaq” mənasını verən salmaq feili ilə bağlıdır, “atılan əşya” deməkdir. Sapand isə “daş atan” deməkdir (sal sözü “бросать” mənasında indi də işlədilir: Allah başına daşsalsın deyirlər). Görünür, sapand sözünün sap hissəsi sal sözünün təhrifindən ibarətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSallamaq (sallanmaq) feili ilə bağlıdır. Tuva dilində salxım əvəzinə, salbak (saplağından asılan, sallanan) işlədirlər. Qaqauz dilində salkı (висячий), salkım (свисающий) sözləri də var. Hamısı “sallamaq” anlamı ilə bağlıdır. Ehtimal ki, saplaq kəlməsi də bununla əlaqədardır. Tuva dilindəki salbak sözü də sal və bağ hissələrindən ibarət olub, “sallama bağı” deməkdir. Bizdəki saplaq sözü sap kökündən və -laq şəkilçisindən ibarətdir, “sap yeri” deməkdir. “Salxım”ın kökü sallamaq sözündəndir, -x şəkilçisi -ıx şəkilçisinin ixtisarıdır (sol-ux, yol-ux qəlibi üzrə yaranıb). -ım şəkilçisi isə feildən isim düzəldir (biç-im..). Azərbaycan dilində feil -la şəkilçisi qəbul etmir, amma sallamaq kəlməsində bunun əksi müşahidə olunur. Görünür, səpələ qəlibi üzrə salala sözü yaranıb, sonra salla şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏfsanəyə görə, Tovuz rayonundakı Torpaqqala (indiki Köhnəqala) ərazisində IX əsrdə ərəblərə qarşı vuruşmuş oğuz igidinin adıdır. Güman ki, sal daş birləşməsindəki sal sözü ilə bağlıdır, “ikiqat möhkəm, ikiqat sal daş” deməkdir. Salsalın qalalarından biri indi də qalır və Dəlik daş adlanır. Sözün “qaya” mənası da var. Farslar qaya anlayışını salesənq (sal daş) sözü ilə ifadə edirlər. Salsal “qaya kimi bərk” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTürk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətmişik. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə Sanıyev, Sanılı soyadları var (Hacı Kərim Sanılını xatırlayın). Qədim mənbələrdə “sayılan”, “hörmətə layiq” mənalarını əks etdirən san sözü mövcuddur. Deməli, Sanılı sözü “hörmətli” deməkdir. İndi Anadolu türklərində həmin söz sayın şəklində işlədilməkdədir. Sani (Süleyman Sani Axundov) sözü isə ərəb mənşəlidir, “ikinci” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti