Dilimizdəki sığamaq feili rusca “проводить рукой” kimi açıqlanır. Heyvanı sağanda da əl ilə əmcəklərini sığayırlar. Deməli, sağmaq və sığamaq kökdaş sözlərdir. M.Kaşğarinin “Lüğət”ində bal sağmaq birləşməsi var. Bu da balı sığayıb çıxarmaqla əlaqədardır. Mənbələrdə sağmaq sözü rus dilinə “вынуть”, “высосать” kimi tərcümə edilib. Dilimizdə (dialektlərdə) sıpqarmaq sözü də var (sıpqarmaq “son damlasına qədər içmək”, “boşaltmaq” və s. deməkdir). Mənbələrdə rus dilinə ососать kimi tərcümə olunub. Bu da, çox ehtimal ki, “sağmaq”, “sorub çıxartmaq” anlamı ilə bağlıdır. Deməli, sağmaq feili “sığayıb, sorub çıxarmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə həm də sağlıq (sağımlıq) kimi təsadüf olunur. bəzi dialektlərdə sağmal sözü sağmalı kimi işlədilir. Bir neçə mülahizə söyləmək olar:
1. Söz sağılan mal birləşməsi zəminində yaranıb, sonra sağmal formasına düşüb.
2. Söz “sağmalı” demək olub; sağ feildir, sağma isimdir (dolma qəlibi üzrə yaranıb), -lı həmin isimdən sifət əmələ gətirib (iç-mə-li su birləşməsini iç-mə-mə-li su kimi işlətmək olmur, yəni burada feillik əlaməti yoxdur). Güman etmək olar ki, sağ-ma-lı sözü sifət olub, sonra son sait düşüb, amma şəkilçinin sifət düzəltmək əlaməti özünü saxlaya bilib. Dəyməl göz ifadəsi də həmin qəlib üzrə yaranıb. Deməli, sağmalı inək formasında olan birləşmə sağmal inək şəklini kəsb edib. Özbəklər sağımlıq sözündən istifadə edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Почва земли” ifadəsini tərcümə edənlər çətinlik çəkirlər. Türk dillərində buna yer sağrısı deyilib. Sağrı ən çox “dəri” mənasında işlədilir, amma burada yerin üz qatı, bitkini qidalandıran hissə nəzərdə tutulur. Sağrı sözü rus dilinə круп kimi tərcümə olunur, heyvanın quyruq tərəfdəki sağ və sol yanlarına, eləcə də həmin yanların dərisinə sağrı deyilir (bu dəridən keyfiyyətli ayaqqabı hazırlanır). Yada salaq: Xan Çoban deyir: Sağrı başmaq suda gəlir, / Apardı sellər Saranı... Belə düşünürəm ki, sözün kökü sağ (salamat, yararlı) kəlməsidir. Sağrı dəridir, özü də ən yararlı hissədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAyrılıqda saqqal sözü də aydındır, -daş şəkilçisi də. İlk baxışda belə görünür ki, saqqaldaş – “saqqalı bir olan” (müqayisə et: sirdaş, boydaş, adaş..) deməkdir. Amma elə deyil. Mənbələrdə söz belə açıqlanıb: həyat təcrübəsi, dünyagörüşü bir olan. Ağsaqqal sözündə də saqqal “həyat təcrübəsi” mənası ilə bağlıdır. Şair yaxşı deyib: Ağsaqqal demərəm hər ağ saqqala, / Ağsaqqal ayrıdır, ağ saqqal ayrı... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti