Mənbələrdə soğul feili “torpağa girmək” kimi açıqlanıb. Soxulcan “torpağa girən” deməkdir və böcəyin adı həmin feil zəminində əmələ gəlib. Belə bir ehtimal var ki, soluxcan sözü soxulmaq feili ilə qohumdur. Böcək torpaqdan çıxan kimi soluxur, ona görə də torpağın altında yaşayır. Birincini daha etibarlı hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHəm də qoşma funksiyasında işlədilən bu zərfin kökü son sözüdür. -ra hissəsi isə yer kəlməsinin şəkilçiləşmiş formasıdır: söz sonyer kimi olub, zaman keçdikcə sonra şəklinə düşüb. Sonulamaq sözü də kökün son olmasını sübut edir. Bu-ra, o-ra, son-ra tipli sözlər göstərir ki, burada düzəltmə məqamı mövcuddur, yəni həmin sözləri sadə hesab etmək doğru deyil (kök də, şəkilçi də müstəqil işlənə bilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli soysuz kimi olub və digər türk dillərində indi də belə işlədilir. Məsələn, qaqauz dilində soysuz kəlməsi var və ruscaya “безродный”, “неродовитый” kimi tərcümə olunur. Bizdə qəbilə (род) və tayfa (племя) sözləri işlədilir, hər ikisi ərəbcədir, soy “nəsil”, boy “qəbilə”, oymaq isə “tayfa” deməkdir. Soysuz soyu artıra bilməyən (uşağı olmayan) adamlara deyilir. Sonsuz sözü müasir dilimizdə “hədsiz”, “bitməz-tükənməz” mənasında işlədilir. Tarixi mənbələrdə soysuz sözünün sinonimi kimi sonsuz kəlməsi də qeydə alınıb. Görünür, ikinci söz birincinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti