İkinci hissə ərəbcədən alınmadır. Bəs sir? Bir neçə versiya mümkündür:
1. Söz çör-çöp qəlibi üzrə yaranıb.
2. Söz tərtəmiz (büsbütün, sapsarı, gömgöy..) modeli üzrə yaranıb.
3. Kəlmə iki müstəqil sözdən düzəlib.
4. Qaşqabaq modeli üzrə düzəlib və s. Birinci yaramır: sir dəyişir: sirini-sifətini bir günə salıb ki, (amma çör-çöpdə çör dəyişmir). ikinci də yaramır (sifət isimdir), 3-cü və 4-cü üzərində dayanmağa dəyər: hər ikisində tərəflər müstəqil sözdən əmələ gəlib. Sir(sırt)üst sözünün dəyişmiş formasıdır, söz bütövlükdə üst-baş (görkəm) kəlməsinin sinonimidir. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədimdə “iki sən” mənasını əks etdirib. İndi isə sən və o əvəzliklərini bildirir (birlikdə). Söz sənsən (sən+sən) kimi olub, danışıqda sisi(si+si) kimi tələffüz edilib, nəhayət siz formasında sabitləşib (son sait ixtisara düşüb, “s” isə cingiltili samitə çevrilib). Biz əvəzliyi isə “mən+sən” anlamında işlədilib. Mən sözü bi, sən sözü si kimi tələffüz olunub və bisi (bi+si) sözü biz şəklində sabitləşib (yenə də son sait ixtisara düşüb, kar samit cingiltiləşib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMurad Aci yazır ki, slavyanlarla rusların heç bir etnik əlaqəsi olmayıb, slavyanlar ruslara tabe olub, vergi ödəyiblər. Slavyan sözü лобить feili ilə bağlıdır, “əsir” deməkdir. Yalnız XI əsrdən ruslar slavyanlarla etnik qohumluq haqqında fikir irəli sürüblər ki, bu da uydurmadan başqa bir şey deyildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSoğanı yağda qızartmaqla üstünə su töküb çörək doğrayır və dadlı xörək əldə edirlər. Sözün mənası “soğanla bişən” deməkdir (soğanı çox olur). Buğança sözü də olub və “buğda bişirilən” mənasında işlədilib. İndi buğança yerinə buğlama işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti