Farsca sər (baş) və gərdan (dolanmaq) sözlərindən əmələ gəlib, “başını dolandıran” deməkdir. Gərdan və gərdiş kökdaş sözlərdir, gərdən isə “boyun” mənasını əks etdirir. Bəlkə də gərdən (elə bu da boylanmaq, dolanmaq mənasına uyğun gəlir) və gərdan, gərdiş sözləri arasında qohumluq axtarmağa dəyər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTarixən bu mənada ün kəlməsi işlədilib. Görünür, səs kəlməsi də səda, səmir sözləri kimi alınmadır. Küy sözü də səs kəlməsinin sinonimidir. Başqa bir mülahizəyə görə, səs sözü susmaq feili ilə kökdaş olub və öz sözümüzdür. Hətta söz, söylə və səs kəlmələrinin qohumluğunu da güman etmək olar. Bu sözün sinonimi yar kəlməsi olub. Yarla, yarlıq “elan”, “fərman” mənalarında qeydə alınıb. Güman ki, yar və car (çəkmək) eyni sözün fonetik variantlarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti