Sac “dəmir” (жесть) deməkdir. Ocaqda dəmir qabların altına qoyulan şeyə sacayağı (üstündəki dəmir qabı saxlayan ayaq) deyiblər. Başqa dillərdə ad üç kəlməsi ilə bağlıdır. Триножка (rus), səpayə (fars) və s. Burada ayaqların sayı əsas götürülüb. Sözün mənşəyi dəmirdən düzəldilmiş ayaq (dayaq) kimi də yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə açıq-saçıq sözü var, “hər şeyi olduğu kimi bəyan etmək” mənasında işlədilir. Saçmaq feili “сыпать”, “рассыпать” mənalarında qədim mənbələrdə mövcud olub. Səpmək, sıçramaq sözləri də həmin saçmaq kəlməsi ilə eyni kökə malikdir. Açıq-saçıq kəlməsi hərfi mənada “açmaq və yaymaq” (səpmək) deməkdir. Qədimdə -ğır şəkilçisi “az qaldı ki, baş versin” mənalı sözlər düzəldib: Su saçğırdı cümləsi “az qaldı ki, suyu sıçratsın” demək olub. Saçğır kəlməsi tədricən sıçramaq şəklinə düşüb (səkmək sözü də buradandır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFransız sözüdür. D.Sad adlı (1740-1814) erotik romanlar müəllifinin familiyasından götürülüb. “Qəddarlığa güclü meyil” anlamında işlədilir. Qəddarlığı törədən həm də verdiyi əzab-əziyyətdən həzz alır. Sadın yaratdığı obrazların əməlləri ilə bağlı olaraq bu söz geniş yayılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Bu əşyaya çəmbər (alınma sözdür) də deyilir. Koma (alaçıq) çubuqlarının başını əyərək bir-birinə bağlanmasını bu sözlə əks etdiriblər. Sağanaq hərfi mənada “əyib bağlamaq” deməkdir. Ələkdə, xəlbirdə və s-də də olur. Bütöv olduqda (təkərdə şin, dəhrədə halqa..) qurşaq adlanır. Sığamaq, sırımaq, sıxmaq sözləri ilə bağlıdır, “ətrafına dolamaq” deməkdir. Deməli, ələyin sağanağı ifadəsində sağanaq sözü heç də saxlamaq kəlməsi ilə bağlı deyil.
2. “Qasnağ”ın (əyri, qatlanmış, çənbər) dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə bəyin sağında oturan dostuna sağdış, solundakına isə soldış deyirlər. Sağ və sol məlumdur; dış isə “kənar”, “çöl” mənalarını verən sözdür (İç Oğuz, Dış Oğuz ifadələrini xatırlayın). Başınadolanmaq ifadəsindəki baş sözü də daş (dış) sözünün təhrif olunmuş formasıdır. Başqa qoşması da daş (dış) sözü ilə bağlıdır. (Əhməddən başqa “Əhməd kənar olmaq şərti ilə” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti