Ərəb mənşəlidir. Mənası “hulqumdan (boğazdan) rahat keçən” deməkdir. Loğma (loxma) sözü də elə hulqum sözü ilə bağlıdır (bir loğma -“boğazdan bir dəfəyə keçə bilən” deməkdir). Rahathulqum düyü unu, şəkər, meyvə şirəsi, badam və süd qarışığından hazırlanan şirin yemək növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, aylardan birinin adıdır (qəməri təqvimlə 9-cu ay) mənası “yanma” deməkdir (pis əməllərin yanıb yox olması). Digər aylar: məhərrəm, səfər, rəbbi-ül-əvvəl, rəbbi-ül-sani, cumadə-əl-əvvəl, cumadə-əl-sani, rəcəb, şaban, (ramazan), şəvval, zilqədə, zilhiccə. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. fr. rayon – radius, şüa
2. Radius sözü ilə kökdaşdır. Rayon “müəyyən radiusda olan ərazi” deməkdir. Radius latın sözüdür və təkərin oxla qasnağı (qəsək kimi də işlədilir) birləşdirən dişlərinə (спица) deyiblər. İndi məna dəyişib, həndəsi termin kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti