Bu söz həm “живот”, həm də “qarın boşluğunda yerləşən əzalar (içalat)” anlamında işlədilir. Qarnım ağrıyır dedikdə heç də живот nəzərdə tutulmur, içəridəkilər (mədə və s.) nəzərdə tutulur. Mədə yerinə çox vaxt qarın deyirik (qarın qutabı və s.). Qarın sözünün qədim mənası “boşluq” deməkdir, “kisə”dir, “qazan”dır, “qab”dır. Güman edirəm ki, qarın, qazan, qursaq sözləri qədimdə “qab” mənasında işlədilmiş qa sözü ilə kökdaşdır. İndi də kənd yerlərində qarından yağ qabı kimi istifadə edirlər. Maraqlıdır ki, farslar qarın yerinə, cigərgah işlədirlər. Deməli, qarın boşluğunda olanların hamısı ciyər hesab edilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün kökü qa feilindən ibarətdir. Sonuna r (qar) və ya t (qat) artırmaqla yeni (sinonim) kəlmələr düzəldilib. –ış indiki kimi feilin qarşılıq və ya birgəlik mənası ilə bağlıdır. Qarma-qarışıq sözündə törəmə kök olan qar aydınca hiss olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün mənası “qarışıq yaşayan, çox olan dəstə” deməkdir. Mətbuatda oxuyuruq: “они живут большими семьями-колониями. В состав такой семьи входят самки, самцы, рабочие муровьи, и она может насчитывать более миллиона особей (“Аргументы и факты”, 1991, №40)”. Bu baxımdan qar (снег) sözü ilə qohumdur: qar –“qarışıq yağan”dır, qarışqa isə “qarışıq yaşayan”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir zamanlar “baxmaq” mənasını verən qaramaq feilimiz olub. Göz yerinə qaraq işlətmişik. Gözümün qarası birləşməsindəki qara sözü də həmin qaraq kəlməsi ilə bağlıdır. Qorumaq sözü də göz (gör) kəlməsi ilə kökdaşdır: göz özü qaraq sözünün görmək variantından əmələ gəlib. Deməli, qoru sözü “göz yetir, bax, nəzarət elə” deməkdir. Belə mülahizə var ki, qarovul qoru və aul kəlmələrindən törəmədir. İndi təkcə aulu yox, çox şeyi qoruyana qarovul (qoruqçu) deyirlər. Караул formasında rus dilində də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti