Bu saz havasının 2-ci adı el havasıdır. Qara da “el” deməkdir, sinonim sözlərdir. Gün də (elim-günüm) “xalq” deməkdir. 1,2 və 4-cü misraları qafiyələnən şeir növünə ölən deyiblər. Xalq mahnısı ifadəsinin əvəzinə, Qara ölən işlədilib. Müğənniyə ölönçü deyiblər və s. Deməli, qara sözünün bir mənası “xalqdır, eldir”, saz havası da ona görə Qaraçı adlandırılıb; “el havası”, “xalq havası” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti400-cü ildə Çiçinin (Günçinin oğlu olub) 9-cu nəslindən olan Balamir ölür və oğlu Ulduz imperator olur. O, 410-cu ildə vəfat edir və yerinə oğlu Qaradon keçir. Qaradonlunun qədim mənası “qarapaltarlı” deməkdir. 415-ci ildə ölür, oğlu Bomçuq (Muncuq) –Atillanın dədəsi –hakimiyyətə keçir. Qaradonlu sözü tarixi baxımdan Ulduz xanın oğlu Qaradonun adı ilə bağlı olaraq yayılmışdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə qarağat, sarığat, qızılğat sözləri olub, rəngə görə fərqlənən giləmeyvə adlanır. Ğat türk dillərində “giləmeyvə” anlamını verən ən qədim sözlərdəndir. Ərik, çiyələk və ğat sözləri bütün meyvələri əhatə edib (ərik –çəyirdəkləri, çiyələk –moruq tipli olanları, ğat isə üzü hamar olanları bildirib). Qara sözü ilə bağlı qara mırıt (черемуха), qarabuğda (гречиха), qarayel (qərb yeli), qara sarılıq (xolera) kimi çoxlu sözlər olub. Облепиха yerinə sarığat işlətmişik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHələ 1107-ci ildə rus dilində карач sözü olub, “nazir” anlamında işlədilib. Uyğur dilində həmin söz elə “nazir” deməkdir. Nazir gözlə (nəzər) bağlı olduğu kimi, qaraçı (əslində, qaraqçı) da qaraqla (göz) əlaqədar olub. Qaraq sözünün qədim mənası “göz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHodax sözü var və 2 mənada işlədilir:
1. “Cütçü” (xışla yer şumlayan), kotanı dartmaq üçün qoşulmuş birinci boyun öküz (Şamaxıda buna çərkov deyirlər).
2. İkinci boyun ulaq qaraqayış, üçüncü isə hörük adlanır. Kotanı çəkmək üçün əsas gücü qaraqayış adlanan 2-ci boyun ulaq sərf edir. Qaraqayış sözü də buradandır: “pis, əziyyətli” deməkdir (hərfi mənası “pis qayış”dır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Məni yaman qaralamısan” deyirik. Sözün əsli qaraqlamaqdır, yəni “göz altına almaq”, “nəzərdən qaçırmamaq”, “hər addımını izləmək” deməkdir. Qarağ qədimdə göz sözünün əvəzinə işlədilib. Zənn edirəm ki, elə göz (eləcə də görmək) kəlməsi də qaraq sözünün təhrifindən başqa bir şey deyildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiM.Kaşğaridə ilxı sözü “iri heyvan”, qara ilxı birləşməsi isə rus dilindəki “скот” mənalarında izah olunub. Bizdə qaramal sözünü indi “iribuynuzlu heyvan” kimi açıqlayırlar. Halbuki seyizin buynuzu inəyinkindən uzun olur, amma o, iribuynuzlular sırasına daxil deyil. Əslində qaramal “iribuynuzlu” yox, “iri və buynuzlu” deməkdir (at və s. buynuzsuzlar bura daxil deyil), mənbələrdə qaramal əvəzinə, qaradavar da işlədilib, “iri heyvan” deməkdir (qara sözünün bir mənası ‘iri” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQarı (əl) kəlməsi ilə bağlıdır, rus dilinə “пятерня” kimi tərcümə olunub: “əlin barmaqların açılmış vəziyyəti” (qapaz) kimi başa düşülə bilər. Qaramatlamaq feili də var. “Açıq əllə kiminsə arxasınca qarğış etmək”dir (iki açıq əli dirsəkdən qatlanmış vəziyyətdə qarğış edilən adama tərəf uzatmaqla müşayiət olunur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli fırlanquş, burulanquş kimi olub. Sürətlə və sapma vuraraq uçduğu üçün belə adlanıb. Anadolu türklərində kurlanğuc balıq ifadəsi “qanadlı balıq” mənasında işlədilir. Quş sürətlə uçduğuna görə belə adlanıb, söz карангич şəklində ruslara da keçib. Lastoçka mənşəcə litva sözüdür, etimoloqlar onun mənasının “tez” (быстрый, часто?) demək olduğunu xüsusi olaraq qeyd ediblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti