Belə mülahizə olunur ki, quyruq və geri sözləri eyni kökə malikdir. Söz mənbələrdə keyruq şəklində də yazılıb. Mənası “geri tərəfdə olan” deməkdir. Dilimizdə quyruq doğdu ifadəsi var. Bu (Quyruq), Ülkər ulduzunun qədim adıdır. Həmin ulduz öz formasına görə quyruq kimi göründüyü üçün “quyruq ulduz” adlanmışdır. Avqust ayının 6-15-i arasında doğur. Bəzən “quyruq doğdu” cümləsinin “quyruq dondu” (yəni sındı, soyudu) kimi də yozurlar. İnandırıcı deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİndi işlətdiyimiz payız kəlməsi, ehtimal ki, quz (küz) sözünün dəyişmiş formasıdır. Quzun qədim mənası “günsüz,nəmişlik” deməkdir. Mənbələrdə quzdağ sözü “günsüz dağ” kimi açıqlanıb. Quzey də “günsüz tərəf” deməkdir, ey şəkilçisi tərəf, istiqamət bildirən sözlər düzəldib. Quyu divarlarının nəmişlik nəticəsində uçmasına bəzi dialektlərdə “quzulamaq” (əsli: quzeyləmək) deyirlər. Bu da məhz quz sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə deyilir: quz dağın gün düşməyən tərəfidir. Quzdağ isə “gün düşməyən dağ” mənasını verir. Quz sözünün əsas mənası “payız” deməkdir. Ey hissəsi qaynaqlarda “tərəf” kimi açıqlanıb. Deməli, güney –“gün düşən”, quzey –“gün düşməyən tərəf” deməkdir, daldey isə “dalda yer (tərəf)” deməkdir və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMüxtəlif mənaları içərisində “kiçik, balaca” anlamları da var. İndi də nəfəslik (форточка) yerinə bəzən “quzupəncərə” deyirlər. Quzulamaq həm də “balalamaq” (qoyun, keçi, cüyür...) mənasında işlədilir. Ehtimal ki, elə quzu “bala” deməkdir. O, toğluya, toğlu şişəyə, şişək öyəcə, öyəc qaradişə, o da azmana, sonuncu isə dizmana çevrilir. Deməli, quzudan dizmana qədər 7 yaş dövrü mövcuddur. Buzov və quzu “övlad” (bala) anlamı ilə bağlıdır, qohum sözlərdir. Boğaz (hamilə) sözü buzağ kimi olub, “qarnında balası olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti