Kök qurnaz kəlməsindəki qurla eynidir. Pis niyyətlə (təmənalı şəkildə) qadın və kişinin arasını düzəldən, onları əxlaqsızlığa çağıran adama “qurumsaq” deyirlər. Qur “hiylə” deməkdir. Gül-üm-sə qəlibi üzrə də qur-um-sa feili yaranıb, -q şəkilçisi onu sifətə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYüzdə bir lirəyə bir piastr deyiblər (piastr latınca “qəpik” deməkdir, quruş bir gümüş piastra deyiblər). İndi məna bir qədər dəyişib. “Kor qəpik” anlamını əks etdirir, qəpik-quruş işlədirik. Əsli qroşdur və latın sözüdür. Gümüş pul vahidi olub, 1266-dan işlədilməyə başlanılıb. Bizdə “0,5 qəpik” (dəyərsiz) anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMacar dilində bu sözün mənası “20” deməkdir. Macar adətlərinə görə, hər 20 oğlandan biri atlı qoşun dəstəsində xidmət edirdi. İndi “atlı qoşun dəstəsi” kimi başa düşülür və Qusar rayonunun adı da buradandır (çar Rusiyası dövründə burada qusar polku lövbər salmışdı). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözlə bağlı quşqunu düşük, quşqun qırmaq, quşqunu boş, quşqunsuz və s. ifadələr də işlədilir. Quşqun müxtəlif mənalara malikdir: quyruq, qasıq, selik, tumanbağı və s. Quşqunu düşük –arıq, zəif atla bağlı işlədilir, yeriyəndə dal ayaqları sözünə baxmır. Quşqun qırmaq kimisə təqib etmək deməkdir. Quşqunsuz –çox səliqəsiz, natəmiz adama aiddir. Quşqunu boş - əxlaqsızlarla əlaqədar işlədilir. Quşqun mənbələrdə, o cümlədən “Kitabi–Dədə Qorqud” dastanında qusqun kimi yazılıb, qusmaq feili ilə bağlıdır. Quyruğun altından (natəmiz yerdən) keçdiyinə görə ona bu adı veriblər. M.Kaşğaridə “quş balası qusıncığ” ifadəsi var və buradakı qusıncığ sözü “natəmiz” mənasında işlədilib. Türk dillərində buna qudurğun da deyiblər, mənası “quşqun” (rusca пахва) kimi şərh olunub. Deməli, quşqun sözü, quyruqla əlaqədardır. Fars dilində ranəki “quşqun” deməkdir (ran quyruğun bədənə bitişdiyi yerdir). Deməli, quşqun onlarda da quyruqla əlaqədardır. Ruslar ona “подхвостник” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiV.Radlov bu belə açıb: “Лощадь со слабыми задними ногами”. “Quşqun qırmaq” ifadəsi “kimisə qovmaq, izləmək” mənasını verir. “Quşqunu boş” ifadəsi “əxlaqsız” mənasını verir. “Quşqun bağlamaq” ifadəsi “ələ salmaq” anlamında işlədilir. “Quşqun təklifi” “könülsüz təklif” deməkdir. Deməli, quşqun müxtəlif mənalarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə “acım vaxtı”, “istiçıxımı”, “tuş (чешт) vaxtı” ifadələri var. Təxminən, gündüz saat 12 radələrinə işarədir. Bu vaxt işdəkilər günorta yeməyinə başlayırlar (acım vaxtı), hava, qızdığından kölgəliyə yığışırlar (istiçıxımı), tuş isə farsca çeşt sözünün dəyişmiş formasıdır. Həmin vaxta qədimdə həm də quşluq deyiblər: gün çıxandan bir quş uçub gözdən itənə qədər olan məsafəni bildirib (gün bir çatı boyu qalxmış ifadəsi də olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədən alınma sözdür, əsasən, suda balıqla qidalanan quşdur. M.Kaşğaridə qorday sözü ilə verilib. Yunan dilində ona “pelikan” deyirlər. S.Əzim yazır: “Gərdəni ağ, boynu misali qutan...” M.Kaşğaridə qor sözü “maye” anlamında açıqlanıb. Görünür, qorday “mayequşu” (su quşu) deməkdir. Elə qutan kəlməsi də ərəbcə su məfhumu ilə bağlıdır: “suya batıb-çıxan” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti