“İzahlı lüğət”də bu söz “qoşqu ləvazimatının hamısı” kimi açıqlanıb. Nə qulan-quşqun ifadəsi isə “təbii” anlamında şərh olunub. Qulan-quşqun “qoşqu ləvazimatı” deyil, “yəhər-yüyən” (yəni “atı minmək üçün lazım olan şeylər”) deməkdir. Məncə, sözün əsli palan-quşqun kimi olub, sonra dəyişib. Bir deyim var: filankəsin atı yəhərli-yüyənli gəldi (yəni “bütün əşyaları yerindədir”). Nə qulan-quşqun (palan-quşqun) ifadəsinin yozumu belədir: əgər hörmət-izzət sahibi atı lüt minib sürürsə, yetim-yesir niyə palan-quşqun axtarmalıdır, bu, onun üçün təbii deyilmi? Mənbələrdə qusıncıq sözü də var və “zibilləmə” anlamını verir. Quşqun da atın zibilli yerindən keçir və “qusmaq” (ifrazat) anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQoyunlar rənginə görə müxtəlif növlərə bölünür: qumral, ərbəş, bəröyüm, qara, boz, gərçal. Qumral “qızılı”, quba “açıq-şabalıdı rəng” deməkdir. Sözün mənşəyi quba (“quba qaz”, “quba at” deyirik) kəlməsi ilə bağlıdır. Qumral və quba sinonimlərdir, “qızılı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBaşqa türk dillərinin bəzilərində qumsel kimi işlədilir. –sel şəkilçisi bizdəki –lı4 şəkilçisinin sinonimi kimi özünü göstərir. Deməli, qumsal “qumlu” deməkdir. Amma qumluq kəlməsi ilə fərqlənməkdən ötrü mənasını bir qədər dəyişib: “qumla təbii örtülmüş yer” (yəni “maşınla qum tökmək” bura daxil deyil) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim mənası “bələk” deməkdir. Dialektlərdə yığcam adama qındırğa deyirlər. -daq hissəsi bağ kəlməsinin dəyişmiş formasıdır. Qun hissəsi qondarmaq (qıvraq) feili ilə qohumdur. Ümumi məna belədir: bağla və beşiyə qoy (qondar). Qaraqalpaq dilində “bələk” mənasında işlədilir. Onlar “завернуть” sözünü qundaqlamaq kimi tərcümə ediblər. İkinci yozum da mümkündür: qundaq sözünün kökü od mənasını verən köy kəlməsidir, isti deməkdir. Qundaq - “isti elə”, “bələ”, “bağla” mənasını əks etdirir. Anadolu türkləri “зажигательный” mənasında qundaqçı sözündən istifadə edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Tüfəng qundağı. Zənn edirəm ki, söykəmək mənasına yaxın olan qondarmaq (qoymaq) kəlməsi ilə bağlıdır. Başqa dillərdə də buna uyğundur: rusca приклад və класть sözləri eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSu dəyirmanında üst daşı oxla birləşdirən və fırlayan dəmirə el arasında qurbağa deyirlər. Formaca qurbağaya bənzəyir. Qabaqlar dəyirmanla bağlı qurbağa yox, tövərə (Culfada indi də işlədilir) işlədilib. Görünür, fırlanma əlamətinə görə belə adlanıb, “dəyirmi” deməkdir. Rusca “крестовина” adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti