Qol sözü ilə bağlıdır, “qolda olan (qola taxılan)” deməkdir. Müqayisə et: yançaq - çantadır, “yan tərəfdə olan” deməkdir. Ələ geydiyimiz şeyə “əlcək”, qola geydiyimiz şeyə “qolçaq” deyirik. Sözün kökü məlumdur: əl və qol. Bəs -çaq, -cək nədir? Bu –lıq4 şəkilçisinin sinonimidir. Salyanda qolçaq yox, əllik sözündən istifadə olunur. Güman edirəm ki, -çaq (-caq) şəkilçisi taxmaq feilinin kökünün müstəqil mənasını itirmiş, şəkilçiləşmiş formasıdır: qol+taq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQol sözü ilə bağlıdır, “qolun altı” deməkdir. Ruslarda da пазуха, под духа dan törəyib (duxa qədim hindlilərdə “qul” deməkdir). Bizim tuq da həmin duxa ilə qohum ola bilər. Bu sözün qolbiç variantı da olub. Rusca qol “просить”, qoltuqçu isə “попращайка” kimi tərcümə olunub. Qoltuqda yaşamaq kiminsə əməyi hesabına yaşamaqdır. Qoltuq (qolbiç), görünür, qolun bucaq əmələ gətirdiyi yerdir. Türkmən dilində “ilişmə, birləşmə” mənalarında qolta kəlməsi işlədilir. Qoltuq da birləşmə ilə bağlı ola bilər. Tuva dilində qol yerinə qoltuq işlədirlər: çanqız qolduk birləşməsi “təkqol” kimi açıqlanıb (çanqız “yalqız” deməkdir). 2. Əsli qol və yığmaq kəlmələrindən ibarətdir. Əzələlərin yığılması və açılması ilə bağlıdır. Maraqlıdır ki, rus dilindəki подмышка sözü də “əzələ” anlamına uyğun gəlir. Qoltuq sözü yerinə, mənbələrdə qoldaq, qoldağu, qolbiç kəlmələri də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQoşulmaq sözü ilə qohumdur, qoşnı kimi olub. M.Kaşğaridə oxuyuruq: “böri (canavar) qoşnısın yeməz”. Alimlər bu sözü bəzən qonmaq feili ilə əlaqələndirirlər, iki səbəbə görə həmin mülahizəni doğru hesab etmək olmaz:
1. Mənbələrdə qonşu sözünün qoşnu forması da var, deməli, qoşulmaq feili ilə bağlıdır.
2. Başqa dillərdə də qonşu və qoşulmaq sözləri fərqləndirilir. Məsələn, rus dilində qonşuya “сосед” (со birgəlik bildirir) deyilir, elə bu da “qoşulma” anlamı ilə bağlıdır. Ona görə də mən qoşnu variantını daha düzgün hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiŞabalıdı, kəhər, açıq-qəhvəyi rəngə qonur (rusca: карий, бурый) deyirik. Bu söz köymək feili zəminində əmələ gəlib və “qor rəngində olan” deməkdir. Qonursu sözü də olub, məhz “yanmaq” mənasını verən göy feili ilə bağlıdır, kömür kəlməsi ilə eyni kökə malikdir. Dilimizdə qonra (kürən rəngində olan) feili olub. Göydəmir at birləşməsindəki göy sözü də qonur kəlməsi ilə qohumdur, göydəmir sözünün hərfi mənası “yanmış (qızdırılaraq suya salınmış) dəmir” deməkdir, kül rəngində olan mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə kobuz sözünə rast olmuşam və “ov quşu” (şahin növü) kimi şərh olunub. Zənn edirəm ki, həm quşun, həm də musiqi alətinin adı qol sözü ilə bağlıdır. İgidlər bir qolunda quşu, digərində qopuzu saxlamış və qopuzu dilləndirməklə şahini həvəsə gətirmişlər. O da mümkündür ki, sümsü kimi, qopuzun da səsindən ovu aldatmaq üçün istifadə olunub. Kobza sözü də qopuzla kökdaşdır. Qopuz və qol sözlərinin qohum olmağını qapaz (vurmaq) sözü də sübut edir, çünki qapaz məhz qolla (əllə) bağlıdır. Murad Aci yazır ki, sokol sözü sol və qol kəlmələrindən əmələ gəlib. Qopuz da buna uyğun qəliblə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti