Qədim mənası “dişi” deməkdir. Görünür, qız sözü ilə qohumdur. M.Kaşğaridə “adğır (ayğır), qısır (madyan) kişnədi” cümləsi var və bu qısır sözünün “dişi” mənasında işlədildiyini bir daha sübut edir. V.V.Radlov bu sözün bir mənasını “неродившая” (qız qalan?!) kimi verib ki, bu da sözün qız kəlməsi ilə qohumluğuna dəlalət edir. Həmin müəllifdə belə bir deyim də verilib: “pu mundak (bu cür) kişilər (adamlar) bolur ədi (çox) kıs (az) – bu qızsızlığı qıldı “qız” adı qız”. Ruscaya tərcüməsi belədir: отсутствие девиц причина тому, что девицам было дано имя “qız” (редкая). M.Kaşğari də sözün bir mənasını “кобыла, еще не приносившая приплода” kimi açıqlayıb. Bu da sözün qızla qohumluğuna dəlalət edir. –ır şəkilçisini dəqiq müəyyənləşdirə bilmədim. Güman ki, sözün etimonu qısmaq feili ilə bağlıdır, -ır isə ondan ad düzəldib: gəlmək və gəlir (доход) qəlibi üzrə. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiŞübhəsizdir ki, qış və üş (üşümək) sözləri tarixi baxımdan eyni kökdən törəmişdir (rus dilində də зима və мороз kökdaş kəlmələrdir). Ehtimal etmək olar ki, qış, qırış, bürüş, büzüş, üşü tipli sözlər arasında qohumluq vardır və hamısı “soyuq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQıymaq (əymək) feili ilə qiç, gəc (əyri) kəlməsindən törəyib, sinonimlər birləşməsidir. Uzundraz, yığcam sözlərinin qəlibi əsasında əmələ gəlib. Ğac (əsli: qiç) farsca “kosoy” deməkdir. Onlarda qeyqac kəlməsi də var və bizdəki “qıyğac” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə qısır qısraq ifadəsi var və hələ cinsi əlaqəyə girməmiş dişi ata deyiblər. Zənn edirəm ki, qısır sözünün qədim mənası qız sözü ilə eyni olub. Evli qadın qız adlandırılmır, qız yalnız ərə gedənə qədər qız adlanır. Deməli, qız və qısır eyni kökə malikdir. İndi qısır sözünün mənası dəyişib, bakirə olmayan heyvan da doğmursa, ona qısır deyirlər. Tuva dilində qız (qıs) “dişi” mənasında da işlədilir. Bizdə cici kəlməsi dişi sözünün təhrifindən yaranıb. Qız sözünü “bakirə dişi” kimi başa düşmək olar. Tuva dilində qancıq yerinə, qız it birləşməsindən istifadə edirlər. Rus dilində дочь və доить sözləri eyni kökə malikdir дочь –“süd verə bilən”, yəni “dişi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti