“Cəzlandırmaq” anlamında işlədilib, düzəltmə feildir. Qın sözü mənbələrdə ruscaya “упрекать” kimi tərcümə olunub. -a feil düzəldən şəkilçidir. Qın həm də xəncər qılafıdır: qınamaq “qına salmaq, “yerini dar eləmək” deməkdir. Bir vaxt türmə sözünün sinonimi kimi qınlıq (qıyınlıq) kəlməsi də işlədilib. Güman edirəm ki, yanımaq (hədələmək) kəlməsi ilə qohumluğu var (yanımaq elə “yerini dar eləməklə qorxutmaq” deməkdir). M.Cümə yazır: Qınayarlar qohum-qardaş, bir də elin möhnəti... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə yazılanlara görə, türk igidlərindən biri Volqanı keçmək üçün qayıq (suda sürüşən, üzən ağac, oyulmuş ağac) düzəldib (qıf sözünü yada salın). Qıpçaq məhz “oyulmuş ağac” deməkdir. Həmin igidin adını da Qıpçaq qoyublar. Sonra tayfa bu igidin adını daşıyıb. İlk başçıları Bumin olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti