Uyğur dilində bu kəlmə qadın ana (теща) kimi işlədilir. Onlar “ərə ver” cümləsinin müqabilində “kadıt edip ber” deyirlər. Bizdə qadın (qazın, qayın) sözü “quda (kəbin), toy, evlənmə” mənasında işlədilib. Qayın, kürəkən (göy), qayınata, qayınana sözləri “kəbin qohumları” deməkdir. Qadın ana -əslində quda anadır, “qayının anası” demək deyil, ona görə də 2-ci tərəf mənsubiyyət şəkilçisi qəbul etmir. Maraqlıdır ki, oğlan valideynləri böyük qadın ana, böyük qadın ata, qızınkı isə kiçik qadın ana, kiçik qadın ata kimi ifadə olunmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBişmiş südün, eləcə də qatığın üzündəki yağ pərdəsinə qaymaq deyirik. Bişməmiş südün üzünə çiyə (tatar dilində: çiyəmal), xama (tatarlarda: xammal) deyirik. Çiyə -çiy, xama –xam sözü ilə bağlıdır. Sözün mənbələrdə qanaq, qıyaq, qayaq formaları da mövcuddur. Bu söz rus dilində də işlədilir və belə izah olunur: “сливки, снятые с топленого молока”. Deməli, qaynamaq (bişmək, isti), qayğanaq tipli sözlərlə qohumdur. Radlov qaymaq sözünü rusca belə şərh edib: “густая вареная сметана”. Buradakı вареная sözü diqqəti cəlb edir: qaymaq hökmən südün bişməsi ilə bağlı yaranmış kəlmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Sözün kökü qay (“bərk təbəqə”) hissəsidir, qaysa “bərkiməyə meyilli olmaq”dır. Qaysaq “bərkimiş” deməkdir.
2. Dilimizdə qa sözü olub və “qabıq” mənasında işlədilib. Zənn edirik ki, qaysaq sözünün kökü həmin qa (qay) kəlməsidir. Qaysaq “qabıq bağlamağa başlamaq”, “meyil etməkdir” (-sa şəkilçisi bunu sübut edir: susamaq –“su istəmək”, qaysaq –“qabıq bağlamağa meyil etmək” deməkdir). Bəzən qaysaq yerinə, qasnaq da işlədilir, bunun heç bir mənası yoxdur, yalnız təhriflə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaysı sözü küy (od, yandırmaq, qurutmaq) və -sa hissələrindən əmələ gəlib: istiyə verilmiş, qurumuş əriyə deyirlər. Ərik qurusunun yağda qızardılması qaysava adlanır (deyim də var: axmaq köpək qaysavadan pay umar). Bəzən ərik mürəbbəsinə də qaysava deyirlər. –va hissəsinin nə demək olduğunu aça bilmədim. Buna oxşar bir söz də qoysara kəlməsidir. İki mənası var:
1. “Səbət”.
2. “Qorda bişirilmiş qulançar”. Hər iki məna qabıq anlamı ilə bağlıdır: səbət ağac qabığından toxunur: qulançar boru kimi çıxarılmış qabağın içində qora basdırılır. “Dialektoloji lüğət”də oxuyuruq: “Höyüş budağın qabığını boru kimi çıxarıb, içinə qulançar doldurub bişiririk, ona qoysara deyirik” (Qazax). Birinci məna qabıq sözü ilə bağlıdır. 2-ci qoux (içi boş kisə) ilə əlaqədardır. Qoux –“kisə”dir, “ətənə”dir, qouxluq isə “ətənənin içində oda basdırılan”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİp, lent mənalarında işlədilir. İlk dəfə Qayeta şəhərində düzəldilib (İtaliyada) və həmin yerin adı ilə bu cür adlanıb. Bəzi alimlər (məsələn, M.Fasmer) bu sözü ayrı cür yozurlar: qaytan sözü latın dili ilə bağlıdır, mənası da “bel” (пояс) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQuşun adı mənbələrdə rənglə əlaqələndirilir və boz (ağ) kimi açıqlanır. Belə çıxır ki, boz kəlməsi qaz şəklinə düşüb. Qaz ördək birləşməsi “boz ördək” kimi açıqlanıb. Qəznəli S.Mahmudun dövründə qızlara Qaz adı qoyulub, indi onu Sona kəlməsi əvəz edib. Görünür, doğrudan da, qaz sözü ağ mənasını verən boz kəlməsinin dəyişmiş formasıdır. Başqa mülahizəyə görə, qaz sözü ya onun çıxardığı səslə bağlıdır, ya da quş kəlməsinin dəyişmiş formasıdır. Çex, latış, rus və s. dillərdə işlədilən гусь sözü də qaz kəlməsi ilə qohumdur. Fasmer yazır ki, XIX əsr mənbələrində rus dilində кази-кази sözü olub və qazı çağırmaq üçün istifadə edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiXI əsrdən qıpçaq çölündən Azərbaycanın qərbinə gəlmiş qıpçaqlardır (elmdə belə deyilir). Qaz sözü “məkan, dağ” anlamında işlədilir. Qazax “yurdsuz” deməkdir (qazax (qaz yox), yəni “məkanı olmayan”). Döyüşdə uduzub yurdsuz qalanları belə adlandırıblar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti