Sözün əsli qaraq (göz) kimi olub “ön tərəf” anlamını əks etdirib, qarşı kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Dialektlərin bəzilərində buynuzu olmayan keçiyə, qoyuna qabaq (başı hamar olan) deyirlər. Ehtimal ki, belə heyvanların başı balqabağa bənzədilir (hamar olur) və söz də buradan irəli gəlib. Rus dilindəki “тыква” mənasında işlədilən qabaq sözünü alimlərin bəziləri türk, bəziləri alman, başqaları osetin, digərləri fars mənşəli hesab edirlər. Dünyanın çox dillərində, o cümlədən rus dilində də işlədilir. Qabağın bir növü suqabağı adlanır və keçmişdə ondan qab kimi istifadə olunub. Zənn edirəm ki, türk mənşəlidir və qabarmaq sözü ilə qohumdur (formaca qabarıq olur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBelə bir deyim var: xəstə sağalacaq olsa, həkim qənşər gələr. Salyanda qabaq-qənşər sözü qabaq-qarşaq kimi işlədilir. Qarşı sözü vaxtilə ”baxmaq” sözünün sinonimi olmuş qaramaq feilinin dəyişmiş şəklidir, qabaq-qənşər sinonimlər biləşməsidir, “qabaq-qabağa”, “göz-gözə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Kökü qab hissəsidir və “dış örtüyü” mənasını verir. -ıq şəkilçisi qab (qapamaq) feilini ismə çevirib. Qabıqdan qab kimi də istifadə olunub və indi də olunur. Qazaxda deyirlər: budağın qabığını boru kimi çıxarıb içinə qulancar qoyur və qorda bişiririk. Buna qoysara deyilir (ola bilsin ki, qoysara (əsli: qabsara) və qab kökdaş sözlərdir). Rus dilində гопак sözü var və “прыгать” anlamını əks etdirir, mənşəcə alman dili ilə əlaqələndirilir, amma bizim qopmaq sözünə daha çox oxşardır (bizdə qop həm də qaç mənasında işlədilir). Qabıq “qopuq” kəlməsi ilə də qohumdur. Qabıq “ağacın və s. qopan, soyula bilən hissəsi”dir.
2. Qabıq və qapaq sözləri kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə -ğar şəkilçisi adlardan feil düzəldib: atğar “atlandır”, “ata mindir” demək olub. Otarmaq sözü qabaqlar otğar kimi işlədilib. İçgər –“içəri elə”, südgər –“süd kimi ağaran”, çinğar –“həqiqəti aşkarla”, gözğər –“göstərmək”, qutğar –“qutlu elə”, “xilas elə”, suvğar –“suvarmaq” demək olub. Qabğar sözü də həmin model üzrə yaranıb. Qab kökdür, -ğar isə addan feil düzəldən şəkilçidir (bax.qabarmaq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrin verdiyi məlumata görə, qab sözü ərəbcədir (məncə, bizdən keçib), qacaq isə, əslində, çanaq kimi olub və forma dəyişmələrinə məruz qalıb. Qab-qacaq sözünün əsli qab-çanaq şəklində olub, sinonimlər birləşməsidir. Söz təhrif edildiyi üçün indi qab-qacaq sözünün ikinci komponentini şərh etməkdə çətinlik çəkir, onun məna bildirmədiyini bəyan edirik. Əslində isə, komponentlərin biri heç vaxt leksik mənaya malik olmayıbsa, mürəkkəb söz yarana bilməz. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBax: qabğarmaq. D.Karneginin “Dostu necə qazanmalı” əsərində oxuyuruq: “O, çamadanını qabqarıb Çikaqoya yollandı”. Qabqarmaq sözü qab ismindən -qar şəkilçisi vasitəsilə düzəlmiş feildir. “Səliqə ilə qaba yığmaq” deməkdir (müq. et: daşqarmaq – “uzaqlaşdırmaq”). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti