Para, paralamaq, parçalamaq sözləri ilə kökdaşdır. Para (əsli: parə) isə fars mənşəlidir. Bizdə onun yerinə, yarmaq, cırmaq sözləri işlədilib. İndi parça kəlməsi “hissə” və “toxuma mallar” mənalarında işlədilir. Parçalamaq isə parça sözündən düzəlmiş feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün yerinə qabaqlar nacdaq işlədilib (türklərdən rusa da keçib və najdak kimi indi də işlədilir). Sözün bir mənası da “döyüş baltası” demək olub. Görünür, najdak baltanın pasını təmizləmək, onu itiləmək vasitəsi olub. Pasaçan sözü qədim mənbələrdə qeydə alınmayıb, cavan sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman ki, sözün kökü (pas) farscadan alınmadır, çünki türk dillərində onun əvəzinə tutuq kəlməsi işlədilib. Paxır (əsl mənası “mis” deməkdir) sözü də alınmadır və “pas”la sinonimdir. Pas oksidləşmə nəticəsində dəmirin üstündə əmələ gələn təbəqədir. Pasaq (çirk, kir) sözü də buradan törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti