Qarğıdalı sulamaq, pambıq sulamaq kimi birləşmələr konkretlik bildirir, amma yazı yazmaq, su sulamaq, ov ovlamaq kimi birləşmələr ümumilik, qeyri-müəyyənlik bildirir. Bəzən belə güman edirlər ki, yazı yazmaq, ov ovlamaq ifadələrini işlətmək məntiqsizlikdir, guya yazını yazmazlar, ovu ovlamazlar, ölü ölməz və s. Amma belə birləşmələrin qeyri-konkretlik bildirməsi onların spesifik əlamətidir, ona görə də dildə yaşamaq hüququ var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBaltanı və s. alətləri bərk qızdırıb suya salırlar. Bu zaman o, çox möhkəm olur və yaxşı kəsir. Buna ovxarla (Cəbrayılda avxarla) deyirlər. Bakı dialektində ağarranmaq feili var, “yanmaq” mənasını verir. Güman edirik ki, ovxarla və ağarran feilləri tarixən kökdaş olub. Anadolu türklərində ovxarla yerinə, tav sözü işlədilir və rus dilinə “закаливание железа” kimi tərcümə olunub. Onlar dəmirçi ocağı yerinə, tav ocağı işlədirlər. Sözün “islatmaq”, “sulamaq” mənaları da var. Görünür, ovxarlamaq sözünün əsl mənası “bərkitmək” deməkdir. İndi söz “itiləmək” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOvmaq feili ilə qohumdur, “ovuq (çökək) yer” deməkdir. Əlin içinin çökəkliyi ilə bağlıdır, ovuq kəlməsi ilə kökdaşdır (rus dilində də belədir: ладонь sözü долина ilə kökdaşdır). Çox maraqlı bir haldır ki, bəzi sözlər etimoloji baxımdan dillərin çoxunda eyni məna ilə bağlıdır. Bu, təsadüfdürmü, dillərin əlaqəsidirmi? Hər halda burada bir qanunauyğunluq var, üzərində düşünülməli problemlərdəndir. Bizdə sinonim olan ovuc və aya sözləri var (aya indi az işlədilir, əsasən, dialektlərdə qalıb və maya şəklinə düşüb). Ovuc kəlməsi mənbələrdə ovut, adut, azut kimi də qeydə alınıb. Ehtimal ki, “əzmək” mənası ilə daha çox bağlı olub (indi də ovcumuzda nəyisə əzirik). Umac (əsli: ovmac) sözü də ovuc kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün qədim yazılışı ağla (быть безлюдным, пустовать), ağlat (безлюдный, уединный) formalarında olub. Aylat feili rus dilinə “удолять, свободным” kimi tərcümə edilib. Sözün qədim mənası “ətrafı bağlı” demək olub, ağıl (qoyun xalxalı) kəlməsi ilə eyni kökə malikdir. Görünür, ilkin kök ay sözü olub, sonradan oy formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Tayfa” (племя) mənasında işlədilən bu söz monqol dilinə məxsusdur. Mənası “qohum”, “nəsil” deməkdir. Özbək dilində aymok kimi işlədilir. Aylanmaq (dairələnmək) sözü ilə qohumdur, “qəbilə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Oy “çala” (яма) deməkdir. Oymaq onunla bağlıdır. Sinonimi üskük olan bu söz oyulmaq kəlməsi ilə kökdaşdır. İçi oyuq olduğu üçün belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Oy oyun sözünün etimonudur, ruscaya “играть”, “прыгать” kimi tərcümə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə kökü itmiş sözlər var: ayır, ayrıl, ayırd; yaşınmaq, yaşmaq; yuxarı, yoxuş, yüksək; ayıq, ayıl; gizlə, gizli; darıx, darılmaq, darğın; yaxın, yovuş; asqır, öskür; əksik, əksil və s. Bunlardan biri də oyna sözüdür. Burada etimon oy (mənbələrdə играть açıqlanıb) kəlməsidir və ayrılıqda işlədilmir. Qədim mənası “hərəkət etmək” deməkdir. Oy feilindən oyun ismi və ondan isə oynamaq (əsli: oyunamaq) feili əmələ gəlib (oynaq sözünü xatırlayın). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki yozumu var:
1. “Gəzən”, “uz (çox) gedən”.
2. “Uslu, ağıllı, dərrakəli” (uz, us sözləri “ağıllı, bacarıqlı” deməkdir). Hər iki yozum inandırıcıdır, çünki ozan (aşıq) həmişə gəzərki həyat sürüb və ağıllı adam olub. Mənbələrdə uz sözünün bir mənası da “bıçağın ağzı” (kəsən) deməkdir. Uyğur dilində uz sözü rus dilinə “искусство, ремесло” kimi tərcümə edilib. Güman etmək olar ki, qopuz sözündəki uz hissəsi də uyğur dilindəki məna ilə bağlıdır: “gözəl səs çıxaran” deməkdir. Qop hissəsi isə qol (qapaz) sözü ilə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMisirlilər əsas allahlarının (Günəş allahı Ra) şərəfinə bütov qaya parçasından yonulmuş hündür, nazik sütunlar ucaldırdılar. Günəş şüalarını özünə cəlb etmək üçün sütunun yuxarı hissəsini üzəri parlayan metalla örtülmüş piramida şəklində olan ucluq tamamlayırdı.
Belə sütunlar Misirdə, əsasən, Yeni Padşahlıq dövründə, yəni e.ə. XVI–XV əsrlərdə geniş yayılmışdı. E.ə. təxminən 1500-cü ildə I Tutmos hündürlüyü 80 fut olan sütun ucaltdırdı. Onun varisi çariça Hatşepsut hər birinin hündürlüyü 96 fut olan iki belə sütun yondurdu. Bizə gəlib çatan ən hündür sütun isə 106 fut hündürlüyündədir.
Yunan turistlərin Misirə axını başlayanda onlar bir yandan bu sütunların möhtəşəmliyinə heyran qalır, o biri yandan isə qədim insanların əllərində olan ən sadə mexanizmlərlə bu sütunları necə ucalda bildiklərinə təəccüblənirdilər.
Yunanlar bu sütunlara məzəli ad – obelisk (balaca mil) adı verdilər. Bu ad əsrləri aşaraq günlərimizə qədər gəlib çatdı. İndi biz tənasübsüzlüyünə fikir vermədən göylərə ucalan istənilən tikilini belə adlandırırıq. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti