Oğur sözü “bala” deməkdir. Ehtimal ki, oğul sözü ilə kökdaşdır. Oğursaq balası ölmüş, amma yenə də sağılan heyvana deyirlər. –sa şəkilçisi arzu, istək bildirən feil düzəldir (su-sa-maq –su istəmək). Oğursa feili “balasını istəmək” deməkdir. –q (əsli:aq) şəkilçisi isə feildən ad düzəldir (müqayisə et: dar-a-q). Hər sağım vaxtı bala anasının yadına düşür, ana balasını arzulayır. Deməli, oğursaq “balanı arzulama” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə “bacarmaq” mənasını verən u feili olub. Onun üzərinə z (s) artırmaqla “bacarıq” mənasını verən uz (us) kəlməsi düzəlib (indi də işlədilir): Dərviş olan baxmaz pusta, / Uslu olan olar usta. (Aşıq Murad) Qərb dialektlərində ustuf sözü var, bu elə uslu kəlməsinin təhrifidir, “ağıllı, ehtiyatlı” və s. mənalarında işlədilir. Oğuz sözünün oğ hissəsi “ox” deməkdir. Uz hissəsi isə “usta”, “məharətli” anlamını verir. Oğuz –“ox ustası” deməkdir: oxu düzəltməkdə və atmaqda oğuza çatan olmayıb. Onların oxu slavyanlarınkından 150 m uzağı vururmuş. Səbəbi isə odur ki, oxun arxa tərəfində yelək hissəsi olurmuş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDonuzluqda dəyirman oxunun altına qoyulan ağaca (indi dəmirdən istifadə olunur) oxduruq (Quba ləhcəsində: uxduraq) deyirlər, ox və durmaq sözlərindən boyunduruq qəlibi üzrə əmələ gəlib (Cəbrayıl rayonunda buna mındarrıx, Tovuzda hanbala deyirlər). Ədəbi dildə bu sözün qarşılığı yoxdur və onu yenidən dirçəltməyə ehtiyac var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇuvaş dilində ok (ox, oş, oğ) sözü “bənzəyən” deməkdir. “Əzizləmək” mənasında olan oxşamaq sözü isə “tumar” mənasını verən oğ kəlməsi ilə bağlıdır. Qədimdə oxşa və oşxa eyni mənada, həm də paralel işlədilib. Oş hissəsi isə əş sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədimdə ok sözü olub və “səsləmək”, “mahnı oxumaq” anlamlarında işlədilib. Atın oxranması da bununla bağlıdır. “Учиться” mənasında olan oxumaq isə tamam başqa kəlmədir (bunun qədim kökü uq sözüdür). Meydan oxumaq ifadəsi “meydana çağırmaq” mənasını verir. Ox sözünün omonimliyini nəzərə almayan bəzi alimlərimiz hökm verirlər ki, eyni feil həm təsirli (kitab oxumaq), həm də təsirsiz (məktəbdə oxumaq) ola bilir. Əslində, bunlar müxtəlif sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTanıma əlaməti kimi şərh olunur. Özbək dilində onq sözü var və “şüur” kimi başa düşülür. Görünür, onqon da şüurlar, dərrakə ilə bağlı sözdür. Onqon kəlməsinin unğun forması da mövcud olub. Söz unamaq (tanımaq) kəlməsi ilə də bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Kəsmək”, “biçmək” anlamlarını əks etdirən ormaq feilimiz olub. Daramaq sözündən daraq yarandığı kimi, eyni qəlib üzrə ormaq feilindən də oraq ismi əmələ gəlib. Çin sözü də var və oraqdan fərqli olaraq, xırda dişlərə malikdir. Bu, alınma sözdür, Çin ölkəsinin adı ilə bağlıdır (müq. et: çini qab). Oraq sözünün orğaq variantı da var, deməli, indiki -aq şəkilçisi -ğaq şəkilçisindən törəmədir. (Or sözünün başqa mənaları da var, məsələn, bir mənası kəhər sözünün sinonimidir) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti